SİYASƏT
1 dəqiqə oxuma
Yeni Zelandiya hökuməti Fələstin dövlətini tanımaq məsələsini müzakirə edir
XİN başçısı Uinston Piters məsələnin milli maraqlar çərçivəsində qiymətləndirildikdən sonra açıqlanacağını bildirib
Yeni Zelandiya hökuməti Fələstin dövlətini tanımaq məsələsini müzakirə edir
Fələstin / AP
4 saat əvvəl

Yeni Zelandiya hökuməti Fələstin dövlətini rəsmən tanımaq qərarını sentyabr ayında verməyi planlaşdırır. Xarici işlər naziri Uinston Piters bildirib ki, məsələ hökumət məsclisində müzakirə olunduqdan sonra nəticə açıqlanacaq.

U.Piters vurğulayıb ki, Avstraliya, Böyük Britaniya və Kanada kimi ölkələr son həftələrdə Fələstin dövlətini tanımaq niyyətlərini açıqlasalar da, Yeni Zelandiya müstəqil xarici siyasət aparır.

"Bu məsələni diqqətlə dəyərləndirib, ölkəmizin prinsipləri, dəyərləri və milli maraqlarına uyğun hərəkət etməyi planlaşdırırıq", - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, hökumət əvvəlcə Fələstin ərazilərinin yaşama qabiliyyətinə malik və legitim bir dövlət statusu qazanması üçün yetərli irəliləyişin olub-olmadığını qiymətləndirməlidir. U.Piters əlavə edib ki, Yeni Zelandiya uzun müddətdir Fələstin dövlətini tanımaq məsələsini sadəcə ehtimal kimi görmədiyini açıq şəkildə ifadə edir.

Qeyd edək ki, bu açıqlama Avstraliya Baş naziri Entoni Albanesenin ölkəsinin sentyabr ayında BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacağını bildirməsindən sonra gəlib. E.Albanese deyib ki, Avstraliya Fələstin xalqının öz dövlətinə sahib olmaq haqqını tanıyacaq və bunun bölgədə daimi sülh üçün yeganə yol olduğunu düşünür.

O, həmçinin hazırkı vəziyyətin fürsət olduğunu qeyd edərək, Avstraliyanın beynəlxalq ictimaiyyətlə birlikdə bu fürsəti dəyərləndirməyə çalışacağını bildirib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-dən bəri Fransa, Böyük Britaniya və Kanada da daxil olmaqla bir sıra ölkələr Fələstini dövlət kimi tanımaq istiqamətində planlarını açıqlayıb.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us