Avropa İttifaqı iyulun 14-də verdiyi bəyanatda Ermənistanın Türkiyə ilə münasibәtlәrin normallaşması, Azərbaycanla tarixi sülh sazişini və Cənubi Qafqazda sabitliyi təmin etmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Antonio Kosta Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər. Tərəflər görüşdə regional məsələləri və Aİ-Ermənistan münasibətlərini dərinləşdirməyi müzakirə ediblər.
Ursula fon der Leyen Ermənistanla Azərbaycan arasındakı sülh sazişini yüksək qiymətləndirib. "Bu saziş onilliklər boyu davam edən düşmənçiliyə son qoyur. Ümid edirəm ki, saziş ən qısa zamanda imzalanar.”
A.Kosta isə öz növbəsində deyib: “Biz Ermənistanla daha dərin və geniş tərəfdaşlıq qurmaq üçün çalışırıq və əlaqələrimizi inkişaf etdirmək istəyirik.”
Aİ liderləri yaydıqları birgə bəyanatda Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və demokratik oriyentasiyasını dəstəklədiklərini bir daha bildiriblər.
Liderlər viza rejiminin sadəşdirilməsi ilə bağlı son nailiyyətləri alqışlayıb, həmçinin Ermənistanın Avropaya inteqrasiya prosesinə start verən yeni qanununu müsbət qiymətləndiriblər.
Liderlər hәmçinin Ermənistanın regional infrastruktur layihələrinə və iqtisadi təşəbbüslərə, xüsusilə də Qara dənizə yönəlmiş təşəbbüslərə qoşulmasını dəstəklədiklərini bildiriblər.
İnkişaf strategiyası
Rəsmi Brüssel Ermənistanın uzunmüddətli inkişafına sadiqliyini bir daha bəyan edib və maliyyə və texniki dəstəyin artırılacağını bildirib.
‘‘Qlobal Keçid’’ layihəsi çərçivəsində Aİ-nin Ermənistana investisiyalarının 2,9 milyard dollara çatacağı gözlənilir.
Regional əlaqə də müzakirə olunan mühüm mövzulardan biri idi. Aİ Ermənistanın Türkiyə və Azərbaycanla ticarət yollarını açmağı hədəfləyən infrastruktur şəbəkəsi olan “Sülh kəsişməsi” təşəbbüsünü dəstəklədiyini bir daha bəyan edib.
Aİ liderləri görüşü münasibətlərin inkişafında "vacib addım" kimi qiymətləndirib və bu payızda Aİ-Ermənistan Assosiasiya Şurasında irəliləyişin əldə olunmasını gözlədiklərini bildiriblər.