SİYASƏT
2 dəqiqə oxuma
Makron Putin və Zelenskinin görüşü üçün İsveçrəni təklif edib
Fransa Prezidenti Makron Putin və Zelenski arasında sammitin keçiriləcəyi yer kimi Cenevrəni təklif edib.
Makron Putin və Zelenskinin görüşü üçün İsveçrəni təklif edib
Avropa liderləri Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləmək barədə razılığa gəldilər. / Reuters
19 avqust 2025 г.

Neytrallığı vurğulayan və koordinasiyalı təhlükəsizlik təminatlarına çağıran Fransa Prezidenti Makron Putin və Zelenski arasında sammitin keçiriləcəyi yer kimi Cenevrəni təklif edib.

Fransa Prezidenti Emmanuel Makron RusiyaPprezidenti Vladimir Putinlə həmkarı Ukrayna Prezidenti Volodimir Zelenski arasında sammitin “neytral ölkə” kimi xarakterizə etdiyi İsveçrənin Cenevrə şəhərində keçirilməsini təklif edib.

Makron TF1-LCI-yə müsahibə verən Makron Rusiya və Ukrayna nümayəndə heyətləri arasında daha əvvəl də Türkiyədə görüşlərin keçirildiyini xatırladaraq, "Bu, fərziyyədən daha çox şeydir; kollektiv iradə... Bəlkə də İsveçrə. Mən Cenevrədə israr edirəm" deyib.

"Sonuncu ikitərəfli görüşlər İstanbulda keçirilib", -deyə Makron əlavə edib.

Qeyd edək ki, Antalya və İstanbulda bir neçə dəfə Rusiya və Ukrayna nümayəndə heyətlərini qonaq edən Türkiyə həmin zamanda Afrika və Asiyanın həssas ölkələrinin xeyrinə olan Qara Dəniz Taxıl Müqaviləsini də təminat altına aldı.

Fransa və Almaniyanın danışıqlar masası arxasında Rusiya və Ukraynaya qoşulduğu 2019-cu il sammitinə toxunan Fransa Prezidenti Parisdə görüş fikrini isə rədd edib.

Zelenski və digər Avropa liderləri avqustun 18-də ABŞ Prezidenti Donald Tramp tərəfindən Ağ Evdə Rusiya və Ukrayna arasında müharibənin həlli yolunu müzakirə etmək üçün qonaq edilib.

Makron bildirib ki, Zelenski ilə Putin arasında ikitərəfli danışıqlardan sonra Donald Trampla üçtərəfli görüş, ardınca isə çoxtərəfli görüş keçirilə bilər və “Avropalılar masa arxasında olmalıdır” deyib.

Nə Moskva, nə də Kiyev hələ İsveçrədə baş tutacaq potensial sammitlə bağlı şərh verməyib,. Bununla da həmin plan qeyri-müəyyən diplomatik vəziyyətdə qalıb.

Tramp Zelenski və Avropa liderləri ilə məsləhətləşdikdən sonra ikitərəfli Putin-Zelenski sammitinin əsasını qoyduğunu vurğulayıb.

Təhlükəsizlik zəmanətləri

Makron vəziyyətin “fərqli mərhələyə” keçdiyini vurğulayaraq, sülh prosesində iştirak edən liderlərin Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı razılığa gəldiyini və bəzi güzəştlərin müzakirə olunduğunu qeyd edib.

Bu təhlükəsizlik zəmanətlərinin Trampın da etiraz etdiyi Ukraynanın NATO üzvlüyünü əhatə etməyəcəyini, Rusiyanı çəkindirmək üçün güclü Ukrayna ordusunun qurulmasına diqqət yetirəcəyini vurğulayan Makron "Biz ilk dəfə olaraq təhlükəsizlik zəmanətləri üzərində işləmə prosesinə başladığımızı etiraf edirik" deyib.

Fransa Prezidenti bu gün Böyük Britaniyanın Baş naziri Keir Starmerlə birlikdə "Könüllülər Koalisiyasını" toplayıb onlara məlumat verəcəklərini açıqlayıb.

Makron həmçinin, "Eyni zamanda, kimin nə etməyə hazır olduğunu görmək üçün amerikalılarla konkret işə başlayacağıq" deyib.

Makron bundan əvvəl ABŞ və başqalarını sülh prosesinin dayanacağı təqdirdə Rusiyaya təzyiqi gücləndirməyə, o cümlədən yeni əsas və ikinci dərəcəli sanksiyaların tətbiqinə çağırmışdı.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us