Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin sammitində iştirak etmək məqsədilə Çinin Tiencin şəhərinə səfər edib.
Dövlət başçısı Ərdoğanı Pekin Beynəlxalq Hava Limanında Çin dövlət naziri Ley Hayçao, Türkiyənin Pekindəki səfiri Səlcuq Ünal və səfirlik rəsmiləri qarşılayıb. Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Dövlət Başçıları Şurasının Zirvə Görüşü çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpinin liderlərin şərəfinə təşkil etdiyi şam yeməyində iştirak edəcək.
Türkiyə Prezident Adminmistrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duranın daha əvvəl bildirdiyinə görə, sentyabrın 1-də geniş formatda keçiriləcək sammitdə çıxış edəcək prezident Ərdoğan 31 avqust - 1 sentyabr tarixləri arasında Çində bir sıra görüşlər keçirəcək.
Beş illik fasilədən sonra gerçəkləşən səfər Ankara ilə Pekin arasındakı strateji əlaqələrin getdikcə gücləndiyi bir dövrə təsadüf edir. Zirvə çərçivəsində prezident Ərdoğanın Çinin sədri Si Cinpin ilə yanaşı digər iştirakçı liderlərlə də ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
Prezident Ərdoğanı xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, MİT-in sədri İbrahim Kalın, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək və milli müdafiə naziri Yaşar Gülər müşayiət edir.
Bundan əlavə, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat, AK Partiya sədrinin müavini Halit Yerebakan, MHP sədrinin müavini İsmail Faruk Aksu, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün və Prezidentin xüsusi müşaviri Həsən Doğan da heyətdə yer alıb.
ŞƏT və Türkiyə
2001-ci ildə Çin, Rusiya və Orta Asiya ölkələri tərəfindən qurulan Şanxay Əməkdaşlıq Təşkilatının diqqət mərkəzində regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və terror mübarizə dayanır.
Tam üzvlər arasında Rusiya, Belarus, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistan var. Təşkilat Hindistan və Pakistanın 2017-ci ildə, İranın 2023-cü ildə və Belarusun 2024-cü ildə qoşulması ilə tərkibinə dörd yeni üzv əlavə edib.
Türkiyə 2012-ci ildən bəri Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusunu daşıyır. Bu mövqeyi əldə edən ilk və yeganə NATO üzvü ölkə olan Türkiyənin bu addımı Ankaranın Qərblə müttəfiqlik əlaqələrini davam etdirərkən eyni zamanda Avrasiya regionu ilə daha güclü əlaqələr qurmaq iradəsini ortaya qoyur.
Prezident Ərdoğanın rəhbərliyi ilə Türkiyə, 2017-ci ildə ŞƏT Enerji Klubuna sədrlik edərək və Çin ilə Rusiya kimi kritik üzvlərlə ticarəti artıraraq təşkilatla əlaqələrini gücləndirib.
Sentiyabrın 1-nə qədər liman şəhəri Tiencində davam edəcək Şanxay Əməkdaşlıq Təşkilatı Zirvə Görüşü İkinci Dünya Müharibəsinin sona çatmasının 80-ci ildönümü münasibətilə paytaxt Pekində keçiriləcək böyük hərbi parad mərasimindən bir neçə gün əvvəl baş tutacaq.