ELM VƏ TEXNOLOGİYA
1 dəqiqə oxuma
“OpenAI” Hindistanda nəhəng məlumat mərkəzi qurur
Şirkət “Stargate” süni intellekt infrastrukturu layihəsi çərçivəsində 1 giqavat gücündə mərkəz qurmağı planlaşdırır
“OpenAI” Hindistanda nəhəng məlumat mərkəzi qurur
OpenAI / Reuters
bir gün əvvəl

“Bloomberg News”un sentyabrın 1-nə verdiyi məlumata görə, “ChatGPT”nin mərkəz idarəsi olan “OpenAI” Hindistanda təxminən 1 giqavat gücündə məlumat mərkəzi qurmaq üçün yerli tərəfdaşlar axtarır.

“Microsoft” tərəfindən dəstəklənən “OpenAI” artıq Hindistanda hüquqi şəxs kimi rəsmi şəkildə qeydiyyata alınıb və yerli işçilərdən ibarət komanda heyəti qurmağa başlayıb.

Şirkət avqust ayında açıqlama verərək bu il Yeni Dehlidə ilk Hindistan ofisini açmağı planlaşdırdığını, istifadəçi bazasına görə ikinci ən böyük bazar olan Hindistanda mövcudluğunu genişləndirməyi hədəflədiyini bildirib.

“Bloomberg News” qeyd edir ki, yeni iri məlumat mərkəzi inşa etmək planı “OpenAI”nin “Stargate” adlı süni intellekt infrastrukturu təşəbbüsü çərçivəsində Asiyada atılmış mühüm addım ola bilər.

Bununla belə, “Bloomberg” “OpenAI”nin Hindistandakı nəzərdə tutulan layihəsinin dəqiq yeri və vaxtının hələlik məlum olmadığını, şirkətin baş icraçı direktoru Sam Altmanın sentyabr ayında ölkəyə edəcəyi səfər zamanı bu təsisi elan edə biləcəyini yazıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp yanvar ayında “Stargate” təşəbbüsünü təqdim etmişdi. Layihə “SoftBank”, “OpenAI” və “Oracle” tərəfindən maliyyələşdirilir və süni intellekt infrastrukturu üçün 500 milyard dollara qədər özəl sektor sərmayəsi nəzərdə tutur.

MƏNBƏ:TRT
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us