Yüksək rütbəli müdafiə rəsmisinin verdiyi açıqlamaya görə, Türkiyənin Aerokosmik Sənayesi tərəfindən hazırlanan təyyarə sistemi həm hədəf təyyarələri, həm də intihar hücumları üçün istifadə oluna biləcək qabiliyyətə sahibdir.
Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün Türkiyənin "NSosyal" sosial media platformasında yüksək sürətli PUA "Şimşək"in raket dəstəkli uçuş (RATO) sistemi ilə ilk dəfə yerdən havaya qalxdığını və həm təlim hədəfi təyyarəsi, həm də kamikadze missiyaları üçün istifadə imkanı qazandığını açıqlayıb.
H.Görgün paylaşımında "Müdafiə sənayemiz inventarına daha bir kritik qabiliyyəti əlavə etdik. Bu addım Türkiyənin əməliyyat çevikliyini artıran və onun qarşısının alınmasını gücləndirən, tamamilə milli resurslar hesabına inkişaf etdirilən texnologiyaların konkret nümayişidir. Gələcək müdafiə ehtiyacları üçün yenilikçi həllər istehsal etmək əzmimizlə yolumuza davam edirik" deyib.
H.Görgün "Şimşək" adlı PUA-nı inkişaf etdirdiyi üçün Türkiyə Aviaasiya və Kosmos Sənayesi (TUSAŞ) şirkətinə də təşəkkür edib.