SİYASƏT
1 dəqiqə oxuma
Tailand krallıq rəsmiləri seçki öncəsi parlamentin buraxılması təklifini rədd etdi
Məhkəmənin Petonqtarn Çinavatı vəzifədən kənarlaşdırmasının ardından onun yerinə gələcək şəxsin seçilməsi üçün parlamentin toplanacağı təsdiqlənib
Tailand krallıq rəsmiləri seçki öncəsi parlamentin buraxılması təklifini rədd etdi
Tailand / AP
4 sentyabr 2025 г.

Tailandın müvəqqəti Baş naziri Phumtham Veçayacay açıqlayıb ki, krallıq rəsmiləri parlamentin buraxılmasını qəbul etməyib. Buna görə də deputatlar yeni hökumət başçısını seçə biləcək.

Sözügedən qərar Ali Məhkəmənin ötən həftə Petonqtarn Çinavatı etik pozuntuya görə vəzifədən uzaqlaşdırmasından sonra yaranmış siyasi boşluq dövründə, sentyabrın 4-də (bu gün) qəbul edilib.

Müxalifət deputatlarından ibarət koalisiya, mühafizəkar siyasətçi Anutin Çarnvirakulu dəstəkləyir. A.Çarnvirakulun namizədliyinin sentyabrın 5-də səhər saatlarında parlamentdə keçirilməsi planlaşdırılan səsvermədə irəli sürüləcəyi gözlənilir.

Qeyd edək ki, Petonqtarn Çinavatın müvəqqəti olaraq iqtidarda saxladığı “Pheu Thai” Partiyası isə səsverməni dayandırmaq məqsədilə parlamenti buraxmağa çalışırdı.

Lakin müvəqqəti Baş nazir Phumtham Veçayacay “Facebook” səhifəsində açıqlayıb ki, Krallıq Məsləhət Şurası İdarəsi hüquqi mübahisələrin hələ həll edilmədiyi səbəbindən layihə şəklində hazırlanmış krallıq fərmanının “hazırda Əlahəzrətlərinə təqdim edilməsinin məqsədəuyğun olmadığını” bildirib.

Parlametin buraxılması qərarının ləğvi məclisin sentyabrın 5-də toplanmasının qarşısını açacaq. Beləliklə də, Tailand siyasətində son bir həftədir davam edən qeyri-müəyyənlik aradan qaldırılmış olacaq.

MƏNBƏ:TRT
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us