IISS Praqa Müdafiə Sammitində çıxış edən Mark Rutte Ukraynada müharibə bitəndə belə təhlükənin aradan qalxmayacağını bildirib.
NATO Baş katibi Mark Rutte Moskvanın Qərb qoşunlarının Ukraynaya yerləşdirilib-yerləşdirilməsi ilə bağlı qərar vermək hüququna malik olmadığını bəyan edərək, Kiyevin suverenliyinə hörmət edilməli olduğunu vurğulayıb.
IISS Praqa Müdafiə Sammitində danışan Rutte “Niyə bizə Rusiyanın bu barədə fikri maraqlı olmalıdır? Ukrayna suveren ölkədir. Buna Rusiya qərar verə bilməz. Rusiyanın bu məsələyə aidiyyəti yoxdur. Əgər Ukrayna sülh müqaviləsini dəstəkləmək üçün özünün təhlükəsizliyinə zəmanət verən hərbi birləşmələrə ev sahibliyi etmək istəyirsə, bu, onun qərarıdır. Başqa heç kəs bununla əlaqədar qərar verə bilməz. Məncə Putini həddindən artıq güclü kimi göstərməyi dayandırmalıyıq. Bu müharibə bitəndə təhlükə aradan qalxmayacaq" deyib.
Rutte Rusiyanın Ukraynada davam edən müharibəsini mövcud təhlükəsizlik təhdidlərinin "ən bariz nümunəsi" kimi xarakterizə edib, lakin bu çağırışların münaqişə ilə bitməyəcəyi barədə xəbərdarlıq edərək deyib ki, niyə bizə Rusiyanın bu barədə fikri maraqlı olmalıdır? Ukrayna suveren ölkədir. Buna Rusiya qərar verə bilməz. Rusiyanın bu məsələyə aidiyyəti yoxdur. Əgər Ukrayna sülh müqaviləsini dəstəkləmək üçün özünün təhlükəsizliyinə zəmanət verən hərbi birləşmələrə ev sahibliyi etmək istəyirsə, bu, onun qərarıdır. Başqa heç kəs bununla əlaqədar qərar verə bilməz.
"Bu müharibə bitəndə təhlükə aradan qalxmayacaq. Bundan əlavə, təhlükə təkcə Rusiya ilə məhdudlaşmır. Çin, İran və Şimali Koreya ayrı-ayrılıqda və əməkdaşlıqda problemlər yaradırlar. Onlar müdafiə sənayesi sahəsində əməkdaşlığı görünməmiş səviyyəyə çatdırırlar. Onlar uzunmüddətli münaqişəyə hazırlaşırlar. Ona görə də biz də hazır olmalıyıq", -Rutte vurğulayıb.
Rutte Avro-Atlantik və Hind-Sakit Okean təhlükəsizlik sahələri arasında artan qarşılıqlı əlaqəni vurğulayaraq, Yaponiya, Avstraliya, Yeni Zelandiya və Cənubi Koreya ilə daha sıx əməkdaşlığa işarə edərək deyib:
"Çin nə vaxtsa Tayvana hücum etmək qərarına gəlsə, o, bu hücumla kifayətlənməyəcək. Niyə (Çin prezidenti) Si Cinpinq kiçik tərəfdaşı Vladimir Putinə zəng edib bizi Avropa və Şimali Atlantika regionunda məşğul etməməlidir?".
“Sadəcə pulla təhlükəsizlik əldə etmək olmaz”
NATO-nun baş katibi təhlükəsizliyin yalnız pulla əldə edilə bilməyəcəyini bildirərək, alyans daxilində daha güclü müdafiə sənayesi səylərinə ehtiyac olduğunu vurğulayıb. O, xəbərdarlıq edib: "Təhlükəsizliyi təkcə pulla əldə etmək olmaz. Bizə real atəş gücü, ağır metallar və yeni texnologiyalar lazımdır və müdafiə sənayemiz bunu Avropada, ABŞ-da və bütün Alyansda həmişəkindən daha sürətli təmin etməlidir... Biz kifayət qədər istehsal etmirik".
Rutte qeyd edib ki, yaxın vaxtlara qədər Rusiya Texas ştatından daha kiçik iqtisadiyyata malik olmasına baxmayaraq, NATO-nun digər üzvlərindən daha çox hərbi sursat istehsal edib. O, həmçinin vurğulayıb ki, Avropa hazırda hasilatını artırır.
Rutte ABŞ-ın Alyans daxilində, xüsusən də prezident Donald Trampın rəhbərliyi altındakı liderliyini tərifləyərək, bunun müttəfiqləri daha yüksək müdafiə xərcləri öhdəliklərinə sövq etməyə kömək etdiyini iddia edib.
“Tramp olmasaydı, bu, heç vaxt baş verməzdi” deyən Rutte İtaliya, Kanada, İspaniya və Belçika kimi müttəfiqlərin iyun ayında Haaqada keçirilən sammitdə müdafiə xərclərinə 5 faizlik hədəf qoymağı öhdəsinə götürdüyünü əlavə edib.