SİYASƏT
1 dəqiqə oxuma
ABŞ-da itkin düşən türk alim bir həftəlik axtarışdan sonra tapılıb
Nyu-Yorkda federal saxlanılma mərkəzində tapılan alim ailəsinin dəstəyi ilə Türkiyəyə qayıtmağı gözləyir
ABŞ-da itkin düşən türk alim bir həftəlik axtarışdan sonra tapılıb
Furkan Dölek / Others
4 sentyabr 2025 г.

Türkiyə rəsmiləri bir həftədən artıqdır xəbər alınmayan türk alim Furkan Dölekin ABŞ-ın Nyu-York ştatında yerləşən “Buffalo” federal saxlanılma mərkəzində olduğunu təsdiqləyiblər. Türkiyəli alimin bacısı Esra Dölek Coşkun “Anadolu” agentliyinə açıqlamasında qardaşının izinin tapılmasında kömək edən Türkiyə Xarici İşlər Nazirliyinə və Türkiyənin Nyu-York Baş Konsulluğuna təşəkkür edib. O, Furkan Dölekin hazırda saxlanılma mərkəzinə yerləşdirildiyini, lakin hələ məhkəmə tarixinin müəyyən olunmadığını bildirib.

“Onunla telefonla danışa bildim. Yaxşı olduğunu söylədi”, – deyə bacısı E.D.Coşkun qeyd edib. O, həmçinin vurğulayıb ki, ailənin əsas arzusu F.Dölekin ən qısa zamanda Türkiyəyə geri dönməsidir. Onun sözlərinə görə, konsulluq prosesi yaxından izləyir və ailəni mütəmadi olaraq məlumatlandırır.

 

“Araşdırma qurumlarında istismar və özbaşınalıq”

Məlumata görə, ABŞ vizası ləğv edilən alim, etiraz məqsədilə Kanada istiqamətində təşkil etdiyi yürüş zamanı saxlanılıb.

Furkan Dölek 27 avqust tarixində “LinkedIn” hesabında son paylaşımında yazıb: “Massenadan bura qədər piyada gəldim və hazırda Akvesasnedəyəm... Çox yorğunam, ayaqlarımda su yığılıb, ayaqlarım ağrıyır... Amma buraya qədər gələ bildiyim üçün şükür edirəm.”

Qeyd edək ki, daha əvvəl o, “LinkedIn” üzərindən araşdırma qurumlarında işçi istismarı və özbaşınalıqların olduğunu iddia etmiş, həssas vəziyyətdə olan tədqiqatçıların qorunmadığını, məlumat verənlərin isə təzyiq və qisasla üzləşdiyini irəli sürmüşdü.

F.Dölek həmçinin rəsmi şikayətlər etdiyi üçün cəzalandırıldığını və işdən çıxarıldığını da açıqlamışdı.

MƏNBƏ:TRT
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us