2024-cü ilin yanvarında Şon Striklandı və İsrail Adesanyanı məğlub edərək çempionluq kəmərini qazanan cənubi afrikalı idmancı Drikus du Plessis ABŞ-da 2023-cü ildən bəri ilk dəfə döyüşə çıxacaq. O, bu qarşılaşmada çeçen əsilli rusyalı idmancı Xamzat Çimayev ilə qarşılaşacaq.
Yenilməz rekordla (14-0 MMA) çıxış edən rusyalı idmançıya qarşı mərc şirkətlərində zəif tərəf kimi göstərilən Du Plessis (23-2 MMA), döyüş öncəsi keçirilən təqdimat mərasimində səslənən tənqidlərə sakit reaksiya verməyə çalışsa da, bu, asan olmayıb.
Qeyd edək ki, UFC iyun 2019-dan sonra ilk dəfə Çikaqoda keçiriləcək və bu, 2008-ci ildən bəri İllinoys ştatında keçirilən üçüncü orta çəki çempionluq qarşılaşması olacaq. Du Plessis yanvar ayında Ş.Striklandı məğlub etdikdən sonra üçüncü dəfə titulunu müdafiə edəcək.
Avqustda UFC-315-də İ.Adesanyanı məğlub edən, fevralda isə UFC-312-də Ş.Striklandı yenidən geridə qoyan çempion deyib ki, o, ən güclülərlə döyüşmək üçün buradadır.
X.Çimaev isə ona dəstək verən tamaşaçıların reaksiyalarından istifadə edərək soyuqqanlılığını qoruyub, amma döyüş gecəsi üçün iddialı açıqlama verərərk deyib: “Afrika bu kəməri bir daha əsla görməyəcək. Üzr istəyirəm, uşaqlar.”
Orta çəki qarşılaşması, 13 döyüşlük turnirin əsas tədbiri olacaq və “ESPN+”da yerli vaxtla saat 22:00-da yayımlanacaq.
Xatırladaq ki, UFC turnirinin “Fight Night” mərhələsi 2025-ci il iyun ayında Bakıda Kristal Zalda keçirilmişdi.