Polis rəsmiləri bildiriblər ki, Portuqaliya millisinin və “Liverpul” (Liverpool) klubunun tanınmış futbolcusu (mәrkәz-hücumçusu) Dioqu Jota və onun qardaşı Andre Felipe İspaniyanın şimal-qərbində yerləşən Samora əyalәtində baş vermiş qəza nəticəsində dünyasını dəyişib.
Qeyd edәk ki, bu faciəli hadisə D.Jotanın ailə həyatı qurmasından cәmi bir neçə həftə sonra yaşanıb.
Rәsmilәrin yaydığı açıqlamaya əsasən, Samoranın şimal-qərbindəki әrazidә avtomobilin magistral yoldan çıxaraq aşması nəticəsində D.Jota və qardaşı hadisə yerində vəfat edib.
Portuqaliyanın Baş naziri Luis Monteneqro başsağlığı verərək deyib: “Portuqaliyanın adını böyük şərəflə təmsil edən futbolçu Dieqo Jota və onun qardaşının ölümü gözlənilməz və faciəvi bir hadisədir. Ailəsinə dərin hüznlə başsağlığı verirəm. Bu həm futbol, həm də milli və beynəlxalq idman ictimaiyyəti üçün ağır bir gündür. YNWA!”