Tamamilə qadınlardan ibarət olan və məşhurların yer aldığı komanda qadınların gücünü ortaya qoyması adından heç nə etmədi. Əksinə, müharibənin ortasında qalan və ya patriarxal cəmiyyətlərdə həbs olunmuş milyonların acılarını ələ saldı.
Keti Perri kimi pop ulduzları da daxil olmaqla, tamamilə qadınlardan ibarət ekipaj kosmosa 11 dəqiqəlik səyahət edib geri qayıtdığında, bu hadisə elm və kəşfiyyat sahəsində "qadınların güclənməsi" adından tarixi dönüş nöqtəsi kimi ortaya qoyuldu.
Amma düzünü desək: Bu, irəliləyiş deyil, sadəcə bir şoudur. Dünya yanarkən milyarderlər astronavt rolunu oynayırlar.
Bəs bu son “gücü artırma missiyasında” kimlər iştirak etdi?
Ekipajın əksəriyyəti nə astronavtlar, nə tədqiqatçılar, nə də kosmos mütəxəssisləri idi.
Onlar elmə verdikləri töhfələrlə deyil, daha çox təqibçilərinin sayı ilə seçilən məşhurlar və ultra zəngin mülki şəxslər idi. Bütün missiya bir PR kimi təqdim edildi və "gücləndirmə" etiketi ilə gündəmdə öz yerini tutdu.
Kosmosda onlar əllərində içtiklərilə manşet olarkən, bütün dünyada qadınlar danışmaq, qərar vermək və azad yaşamaq hüquqlarını itirirlər.
İstər Talibanın qadınların təhsil haqqına məhəl qoymadığı Əfqanıstanda olsun, istərsə sadəcə Fələstinə dəstək verdiyi üçün öz istədiklərinə görə saxlanılan Rumeysa Öztürk kimi müstəqil səslərə mane olunan ABŞ-da olsun.
Bu, qrotesk tamaşadır, sosial tərəqqi kimi maskalanmış elit əyləncədir. Onlar bizim buna heyran olmağımızı, bundan təsirlənməyimizi, “ilhamverici” adlandırmağımızı istəyirlər, halbuki əslində gündəlik həyatımıza kök salmış bərabərsizlikdən, ədalətsizlikdən və korrupsiyadan diqqəti yayındıran bu ictimai münasibətlərdə ruhlandırıcı heç nə yoxdur.
Tamamilə istehza mövzusudur
Bütün bunlar qlobal yaşayış böhranı fonunda baş verir.
ABŞ-da amerikalıların demək olar ki, yarısı nə qədər əmək haqqı alır, o imkan daxilində yaşayır. Böyük Britaniyada və Avropada milyonlarla insan istilik, sığınacaq və zəruri ərzaq almaq üçün mübarizə aparır. Dünya Bankının məlumatına görə, dünyada 700 milyondan çox insan hələ də gündə 2,15 dollardan az pulla yaşayır.
Elitalar orbitdə uçarkən milyonlarla insan müharibənin, yoxsulluğun və didərgin həyat şəraitində əziyyət çəkir.
Sudanı buna nümunə çəkmək olar. BMT bu yaxınlarda dünyanın ən böyük didərgin salınma böhranı kimi təsvir edilən hadisəyə müdaxilə etmək məqsədilə 6 milyard dollarlıq humanitar yardım üçün müraciət etdi. İndiyədək bu hədəfin 10%-dən az hissəsi yerinə yetirilib. 25 milyondan çox insanın, yəni əhalinin yarısının humanitar yardıma ehtiyacı var. Qaçqın düşərgələrində hər iki saatdan bir uşaq ölür.
Qəzzada Səhiyyə Nazirliyinin son məlumatlarına görə, 2023-cü ilin oktyabrından bu yana 10 mindən çox qadın öldürülüb.
BMT İsrailin atəşkəsi pozmasından sonra hər gün hava hücumlarında 100 uşağın öldüyünü bildirib. İsrailin davam edən hücumlarından ən çox zərər çəkənlər arasında hamilə qadınlar və yeni doğulanlar var.
BMT-nin mart ayında açıqladığı 49 səhifəlik hesabatında Qəzzada doğum evlərinə, səhiyyə müəssisələrinə və süni mayalandırma klinikasına edilən hücumlar, həmçinin qida və tibbi ləvazimatlara qoyulan məhdudiyyətlər sənədləşdirilib ki, bu da “Qəzzada fələstinlilərin reproduktiv qabiliyyətini qismən məhv edib”.
Amma gəlin kosmosda uçan pop ulduzlarına heyran olaq.
Bütün dünyada humanitar ehtiyaclar artır. BMT 2024-cü ildəki böhranlara cavab vermək üçün sadəcə insanların yaşamaları üçün 47 milyard dollar tələb edib.
Amma heç yarısı da yığılmayıb. Büdcənin kəsilməsi Qəzza, Haiti, Yəmən, Konqo və Əfqanıstanda insanlar qidadan, tibbi çadırlardan və travma dəstəyindən məhrum qalırlar.
Bu kontekstdə milyarderlər kəşfiyyatçı rolunu oynayarkən pop ulduzlarının kameralar qarşısında gülümsədiyini görmək yersizdir.
Bir ovuc insan dizayner paltarında planeti gəzərkən, dünya əhalisinin yarısından çoxu - 4,5 milyard insan - əsas səhiyyə xidmətlərindən məhrumdur.
Varlılardan, varlılar üçün
Bu arada, qlobal milyarderlərin sərvəti 2024-cü ilə qədər 2 trilyon dollar artıb ki, bu da əvvəlki il ilə müqayisədə üç dəfə sürətlə və gündə təxminən 5,7 milyard dollar artım deməkdir.
"Blue Origin" uçuşunun qiyməti açıqlanmayıb, lakin onun saytında bildirilir ki, qarşıdan gələn uçuşda yer rezerv etmək istəyənlərdən 150.000 dollar depozit tələb olunur.
İlk "Blue Origin" biletinin satışı bir göstəricidirsə, yerlərin milyonlarla dollara başa gəldiyi aydındır. İlk bileti qazanan təklif 159 ölkədən 7600 qeydiyyatdan keçmiş iştirakçının qatıldığı hərracda 28 milyon dollar olub.
Beləliklə, bəşəriyyət əziyyət çəkərkən, bu dəbdəbəli kosmik turizm səyi Yer üzündəki milyardlarla insanın artan ehtiyacları ilə tamamilə ziddiyyət təşkil edir.
Əgər biz həqiqətən qadınların gücünün artırılmasına əhəmiyyət veririksə, gəlin Qəzzada doğum şöbələri və Sudanda qızlar üçün məktəblər üçün büdcə ayıraq.
Xeyr, bu sadəcə “pessimizm” deyil. Bu, perspektiv məsələsidir.
Əgər biz real irəliləyişi qeyd etmək istəyiriksə, ultra zənginləri cəlb edən bu boş layihələri tərifləməyi dayandırmalı və diqqəti dünyanın böyük əksəriyyətinə təsir edən real böhranlara yönəltməliyik.
Diqqətimizi şoumenlikdən real həllərə çevirməsək, dünya yanarkən eyni çıxılmaz orbitdə fırlanmağa davam edəcəyik.
Yalnız varlılarr xəyal edə bilirsə, biz həqiqətən hansı tərəqqini qeyd edirik?