DÜNYA
1 dəqiqə oxuma
Stiv Vitkof bu gün Rusiya rəsmiləri ilə görüşəcək
Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib
Stiv Vitkof bu gün Rusiya rəsmiləri ilə görüşəcək
/ AFP
6 avqust 2025 г.

ABŞ Prezidenti Donald Tramp avqustun 6-da Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkofun Rusiya rəsmiləri ilə görüşəcəyini açıqlayıb. Ağ Ev Moskvanın Ukraynada apardığı müharibəyə görə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirdiyini bildirib.

Tramp avqustun 5-də jurnalistlərə verdiyi açıqlamada deyib:
“Sabah Rusiya ilə görüşümüz olacaq. Nə baş verəcəyini görəcəyik.”

O, ABŞ-ın Çin də daxil olmaqla Rusiyadan enerji idxalına görə 100 faiz tarif tətbiq edib-etməyəcəyinə dair suala cavab verməkdən imtina edib.

“Heç vaxt konkret faiz dərəcəsi müəyyən etməmişəm, lakin bu məsələ ilə bağlı ciddi addımlar atacağıq. Yaxın zamanda nələrin baş verəcəyini görəcəyik,” – deyə Donald Tramp vurğulayıb.

Prezident bildirib ki, yeni sanksiyalarla bağlı qərar çərşənbə günü Rusiya ilə keçiriləcək danışıqlardan sonra açıqlanacaq.

Donald Tramp daha əvvəl bəyan etmişdi ki, əgər Rusiya Ukrayna ilə atəşkəs mövzusunda razılıq əldə etməsə ABŞ bu ölkəyə qarşı təzyiqləri artıracaq.

ABŞ Dövlət Departamentinin sözçüsü Tami Brus da avqustun 5-də verdiyi açıqlamada Stiv Vitkofun Moskvaya səfərini təsdiqləyib.
“Səfərin baş tutacağını təsdiqləyirəm. Lakin müzakirələrin detalları barədə ətraflı məlumat verə bilmərik”,-Stiv Vitkof qeyd edib.

Tami Brus vurğulayıb ki, prezident Donald Tramp Rusiya prezidenti Vladimir Putinin mövqeyindən narazıdır, lakin müharibəyə son qoymaq üçün diplomatik yollarla həll tapmağa sadiq qalır.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us