DÜNYA
2 dəqiqə oxuma
Pakistanın şimal-qərbində daşqınlar nəticəsində ölənlər və itkin düşənlər olub
Rəsmilər Hayber Paxtunxva əyalətində Bajaurda səkkiz, Mansehrada iki və Aşağı Dirdə beş nəfərin öldüyünü bildirilib
Pakistanın şimal-qərbində daşqınlar nəticəsində ölənlər və itkin düşənlər olub
Pakistanın şimal-qərbində sel fəlakəti / Reuters
15 avqust 2025 г.

Rəsmilər Hayber Paxtunxva əyalətində Bajaurda səkkiz, Mansehrada iki və Aşağı Dirdə beş nəfərin öldüyünü bildirilib.

Xilasedicilər qeyd ediblər ki, güclü yağışların səbəb olduğu daşqınlar bu gün səhər radələrində Pakistanın şimal-qərbində baş verib, ən azı 15 nəfər ölüb, 17 adam isə itkin düşüb.

"Rescue 1122 Khyber Pakhtunkhwa" (KP) təcili yardım təşkilatının verdiyi açıqlamada şiddətli yağış və leysanın Bajaur rayonunun Tehsil Salarzaidə bölgəsində geniş daşqınlara səbəb olduğu və bir çox evi su altında qoyduğu bildirilib.

Açıqlamada əlavə edilib ki, indiyədək 8 nəfər ölüb, 4 adam yaralanıb, 17-si nəfər isə itkin düşüb.

"Rescue 1122" təcili yardımın regional zabiti Amjid Xan deyib: "Yaralılar yerli xəstəxanalara çatdırılıb, itkin düşənlərin axtarışı isə davam edir".

Aşağı Dir bölgəsinin Sori Pav rayonunda güclü yağışdan sonra evin uçması nəticəsində azı 5 nəfər ölüb, 4 adam isə yaralanıb.

Başqa bir hadisədə, KP-nin Mansehra rayonunda bir avtomobili sel suları aparıb; iki nəfər ölüb, biri isə yaralanıb.

Yeni ölüm halları iyunun 26-dan bəri davam edən musson yağışları nəticəsində ölkədə ölənlərin sayını 328-ə çatdırıb. Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının məlumatına görə, 740-dan çox insan xəsarət alıb.

Ölənlərin əksəriyyəti (164) və 582-dən çox yaralanma musson yağışlarından ən çox zərər çəkən şərqdəki Pəncab əyalətində qeydə alınıb.

Güclü yağışlar həmçinin KP-nin bir neçə yerində və Gigit Balatistan bölgəsində sürüşmələrə səbəb olub, səlahiyyətlilər müxtəlif ərazilərdə qapalı qalanları təxliyə etməyə çalışırlar.

İyundan sentyabr ayına qədər davam edən musson yağışları Pakistan da daxil olmaqla Cənubi Asiyada tez-tez fəsadlar törədir, lakin son illərdə iqlim dəyişikliyi onların gözlənilməzliyini və intensivliyini artırıb.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us