SİYASƏT
14 dəqiqə oxuma
Əminə Ərdoğanın Melaniya Trampa Qəzza haqqında yazdığı məktub dünya mətbuatında geniş işıqlandırılıb
Əminə Ərdoğanın Qəzzada uşaqların vəziyyəti ilə bağlı Melaniya Trampa ünvanladığı məktubu dünya mətbuatında geniş işıqlandırılıb
Əminə Ərdoğanın Melaniya Trampa Qəzza haqqında yazdığı məktub dünya mətbuatında geniş işıqlandırılıb
Əminə Ərdoğan - Melaniya Tramp / AA Archive
9 saat əvvəl

Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın Qəzzada yaşanan humanitar böhranla bağlı ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Trampa ünvanladığı məktub dünya mətbuatında geniş yer alıb.

Əminə Ərdoğanın Melaniya Trampa Ukraynadakı müharibəyə göstərdiyi həssaslığı Qəzzadakı humanitar böhrana da göstərməyə çağırdığı məktub dünyanın bir çox xəbər agentliyi və internet saytında manşetlərdə öz yerini tutub.

Böyük Britaniya

Britaniyanın BBC telekanalı Əminə Ərdoğanın məktubunu təxminən 50 milyon təqibçisi olan ABŞ-da yerləşən "X" şirkətinin sosial media platforması hesabında və 29,4 milyon təqibçisi olan ABŞ-da yerləşən "İnstagram" hesabında paylaşıb.

BBC məktubla bağlı internet saytında “Türkiyənin birinci xanımının Qəzzadakı uşaqlar üçün Melaniya Trampa çağırışı” başlıqlı xəbər dərc edib.

Xəbərdə Əminə Ərdoğanın Melaniya Trampı Qəzzada əziyyət çəkən uşaqlar üçün danışmağa çağırdığı məktubda “Bu ədalətsizliyə qarşı səsimizi və gücümüzü birləşdirməliyik” ifadəsi vurğulanıb.

"The Telegraph" qəzeti də məktubun Melaniya Trampı Qəzzada sülh səylərinə cəlb etmək məqsədi daşıdığını bildirib.

Xəbərdə Türkiyənin birinci xanımı Əminə Ərdoğanın məktubda Qəzzada olan uşaqların xilas edilməsinə çağırdığı qeyd edilib.

“Reuters” xəbər agentliyi məktubla bağlı hazırladığı xəbərdə “Türkiyənin birinci xanımı Melaniya Trampı Qəzza haqqında danışmağa çağırır” başlığından istifadə edib.

Xəbərdə Əminə Ərdoğanın məktubunun Melaniya Trampın bu ayın əvvəlində Rusiya prezidenti Vladimir Putinə Ukrayna və Rusiyadakı uşaqlarla bağlı ünvanladığı məktubdan ilhamlandığını qeyd etdiyi bildirilib.

Britaniyanın "Sky News"telekanalı Türkiyənin birinci xanımının Melaniya Trampa məktub yazaraq, müharibədən zərər çəkmiş ukraynalı uşaqlara göstərdiyi qayğını Qəzzadakı uşaqlara da göstərməyə çağırdığını bildirib.

Xəbərdə qeyd edilib ki, Əminə Ərdoğan məktubda Melaniya Trampın münaqişədə həyatını itirən 648 ukraynalı uşağa şəfqətini xatırladıb və onu Qəzzadakı uşaqlar üçün də eyni səyi göstərməyə çağırıb.

Fransa

Fransanın “Le Point” jurnalı “Səsimizi birləşdirməliyik: Əminə Ərdoğan Melaniya Trampı Qəzzadakı uşaqlara dəstək olmağa çağırır” başlıqlı xəbərdə xanım Ərdoğanın Qəzzadakı uşaqların acınacaqlı vəziyyəti ilə bağlı Trampdan İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşməsini istədiyini qeyd edib.

Xəbərdə xanım Ərdoğanın bu çağırışı Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzzada aclığa toxunan hesabatının dərcindən sonra Trampa etdiyi və "Ukrayna uşaqları üçün göstərilən həssaslığın Qəzza üçün də göstərilməsini istədiyi" ifadə edilib.

Fransanın “20 Minutes” qəzeti “Qəzza: Əminə Ərdoğan Melaniya Trampı aclıqdan ölən fələstinli uşaqlara görə çağırır” başlıqlı xəbərində xanım Ərdoğanın Qəzzada iki il ərzində 18 min uşağın öldüyünə diqqət çəkdiyi, M.Trampın Netanyahudan “Qəzzada humanitar böhrana son qoymaq” üçün məktub ünvanlamasını istədiyi və bunun "Fələstin xalqı üçün tarixi məsuliyyət olduğunu xatırlatdığı qeyd edilib.

Fransanın “Le Figaro” qəzeti “Ana, qadın və insan olaraq: Əminə Ərdoğan Melaniya Trampı Qəzzada uşaqların hüquqlarını müdafiə etməyə çağırır” başlıqlı xəbərində Ə.Ərdoğanın məktubunda “Sizin məktubunuzdakı duyğuları bir ana, bir qadın və bir insan olaraq dərindən paylaşıram. Ümid edirəm ki, eyni ümidi Qəzzanın sülhə və sakitliyə çox ehtiyacı olan uşaqlar üçün də cücərdəcəksiniz" ifadələri yer alıb.

Almaniya

Almaniyanın NTV telekanalının onlayn xəbər portalı “Ərdoğanın həyat yoldaşı Melaniya Trampa emosional məktub yazdı” başlıqlı xəbərdə bu ifadələrə yer verilib:

"Ukraynalı uşaqlar üçün etdiyi kimi, Türkiyə prezidentinin həyat yoldaşı Əminə Ərdoğan da Melaniya Trampdan Qəzza zolağındakı fələstinli uşaqlar adından İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməsini istəyib. Türkiyə Prezidenti Administrasiyası tərəfindən dərc olunan Əminə Ərdoğanın məktubunda "İnanıram ki, Ukrayna müharibəsində həyatını itirən 648 uşağa göstərdiyiniz şəfqət iki ildən az müddətdə 18 mini körpə olmaqla 62 min günahsız dinc sakinin vəhşicəsinə öldürüldüyü Qəzza zolağına da göstəriləcəkdir" ifadələrindən istifadə edib.

Almaniyanın “Der Spiegel” jurnalı “Əminə Ərdoğan Melaniya Trampa məktub yazdı” başlıqlı xəbər dərc edib. Xəbərdə deyilib:

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Melaniya Trampa məktub yazıb. O, məktubda Qəzzadakı uşaqlara dəstək olmağa çağırıb. Ərdoğan minlərlə qəzzalı uşağın kəfəninə həkk olunmuş "naməlum körpə" ifadəsinin "vicdanımızda sağalmaz yaralar açdığını" və müharibə həyatını itirən 648 ukraynalı körpəyə göstərdiyiniz əhəmiyyətli şəfqətin Qəzza zolağına da göstəriləcəyinə inandığını vurğulayıb.

Bolqarıstan

Bolqarıstanın dövlət xəbər agentliyi olan BTA-nın yaydığı xəbərə əsasən, ölkənin ən böyük özəl "bTV" telekanalı “Olena Zelenskanın (Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı) ardınca Əminə Ərdoğan da Melaniya Trampa məktub yazdı: “Qəzzaya da eyni empatiyanı göstərin” başlıqlı xəbər yayıb.

"bTV" telekanalı bildirib ki, Türkiyənin birinci xanımı Melaniya Trampdan İsrailin baş nazirini Qəzzada humanitar böhrana son qoymağa çağırmasını istəyib.

Bolqarıstanın “Dnevnik” qəzeti də şərhsiz BTA-nın xəbərindən sitat gətirib. Əminə Ərdoğanın məktubu ilə bağlı sosial mediada paylaşımlar isə "Anadol" agentliyinin xəbərinə əsaslandırılıb.

Yunanıstan

Əminə Ərdoğanın Melaniya Trampa yazdığı məktubu Yunanıstan mətbuatında da geniş işıqlandırılıb.

“To Vima” qəzeti xəbəri “Əminə Ərdoğanın Melaniyadan istəyi” başlığı ilə yayaraq, Ərdoğanın Melaniyadan ukraynalı uşaqlara göstərdiyi həssaslığı fələstinli uşaqlara da göstərməsini istədiyini vurğulayıb.

“EFSYN” qəzeti “Qəzzada soyqırım və ölümcül hücumlar yaşanarkən, xanım Ərdoğan Qəzza uşaqları üçün Melaniyaya məktub ünvanlayıb” ifadəsini işlədib.

“Kathimerini” qəzeti bununla bağlı xəbərində Əminə Ərdoğanın Qəzzadakı uşaqların acınacaqlı vəziyyətini dilə gətirərək, Melaniyanın Qəzzadakı uşaqlara müdaxiləsini tələb etdiyini bildirib.

İsveçrə

Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampa Ukraynadakı müharibəyə olduğu kimi Qəzzədəki humanitar böhrana da eyni həssaslığı göstərməyə çağıran məktubu İsveçrə mətbuatında geniş işıqlandırılıb.

“Swissinfo” saytı xəbəri “Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Qəzzada “öldürülmüş” 18 mindən çox uşaqla bağlı Melaniya Trampa müraciət edib” başlığı ilə xəbər yayıb.

Xəbərdə Əminə Ərdoğanın Melaniya Trampdan Qəzzada “vəhşicəsinə öldürülən” 18 mindən çox fələstinli uşaq üçün Rusiya ilə müharibə nəticəsində Ukraynada həyatını itirən uşaqlar üçün hiss etdiyi eyni qayğını göstərməsini istəyib.

İsveçrənin yeganə milli nəşri olan “Blick” xəbərini “Əminə Ərdoğan Melaniya Trampdan qəzzalı körpələr üçün kömək istəyir” başlığı ilə dərc edib.

Xəbərdə bildirilib ki, Əminə Ərdoğan Melaniya Trampı Qəzza zolağındakı uşaqlar üçün danışmağa çağırıb.

Ölkədə fransız dilində dərc olunan “20 Minuten” qəzeti “Cənab Ə.Ərdoğan Qəzzada uşaqlar adından cənab M.Trampa müraciət etdi” başlığını seçib.

 Xəbərdə deyilib: Türkiyənin birinci xanımı amerikalı həmkarını Vladimir Putinə etdiyi kimi Benyamin Netanyahuya da “sülh” məktubu yazmağa çağırıb”.

Əminə Ərdoğan həmçinin, "Bir ana, bir qadın və bir insan olaraq məktubunuzda ifadə etdiyiniz hissləri səmimi qəlbdən bölüşürəm və ümid edirəm ki, sülh və əmin-amanlıq istəyən Qəzza uşaqlarına da eyni ümidi verə bilərsiniz" deyib.

Belçika

Belçikada fransızdilli “La Libre” qəzeti “Belga”ya istinadən yazıb ki, Əminə Ərdoğan Melanie Trampa ünvanladığı məktubda ondan Qəzzadakı uşaqlar üçün Netanyahuya müraciət etməsini istəyib. Məlumata görə, Ərdoğan Melaniya Trampın daha əvvəl Ukrayna müharibəsində həyatını itirən uşaqlar üçün göstərdiyi həssaslığı xatırladaraq, Qəzza üçün də oxşar humanitar səsin ucaldılmasını istəyib.

Xəbərdə xanım Ərdoğanın "Ukraynada həyatını itirən 648 uşaq üçün göstərdiyiniz həssaslığın iki ildən az bir müddətdə Qəzzada həyatını itirən 18 mini uşaq olmaqla 62 min mülki vətəndaş üçün də göstəriləcəyinə ümid edirəm" sözləri çatdırılıb.

Xəbərdə BMT-nin Qəzzada rəsmi olaraq aclıq elan etdiyini xatırladan Əminə Ərdoğan Melaniya Trampın Qəzza xalqı adına tarixi bir məsuliyyəti üzərinə götürə biləcəyini vurğuladığı qeyd olunub.

Belçikanın Flamand dilli ictimai yayımı VRT də yenə "Belga" ya isnad edərək “Əminə Ərdoğan Qəzza ilə bağlı Melaniya Trampa məktub yazıb: “Ora uşaq məzarlığına çevrilib” başlığı ilə xəbər verib.

Xəbərdə deyilib: "Türkiyənin birinci xanımı Əminə Ərdoğan Ukraynadakı uşaqlardan danışdıqdan sonra amerikalı həmkarı Melaniya Trampdan da Qəzza zolağındakı uşaqların əziyyətindən danışmasını xahiş edib. O, məktubunda bunu dilə gətirir. Əminə Ərdoğan (Qəzza məsələsi ilə bağlı) tez-tez səsini ucaldır”.

Xəbərdə məktubun tamamı da yer alıb.

Çexiya

Çexiyanın “Blesk” qəzeti də məsələyə “Ərdoğanın həyat yoldaşı Qəzzadakı uşaqlarla bağlı Melaniya Trampa məktub yazıb” başlığı ilə çatdırıb.

Xəbərdə Əminə Ərdoğanın Melaniya Trampın ukraynalı uşaqlara qarşı həssaslığını təriflədiyi və ukraynalı uşaqlara göstərdiyi qayğını Qəzzadakı uşaqlara da göstərməyə çağırdığı bildirilib.

Bosniya və Herseqovina, Serbiya və Monteneqro

Bosniya və Herseqovinanın ən çox oxunan xəbər portallarından biri olan “Klix” Əminə Ərdoğanın Melaniya Trampa ünvanladığı məktubunu “Birinci xanımlar arasında ünsiyyət” başlığı ilə geniş işıqlandırıb.

Ölkənin ən çox oxunan qəzeti olan “Dnevni Avaz”ın xəbər saytı da Əminə Ərdoğanı vurğulayaraq, Ərdoğanın Qəzzadakı humanitar böhranı izah edən məktub yazıb Melaniya Trampa ünvanladığını bildirib.

Serbiyanın "Tanjug" xəbər agentliyi də Əminə Ərdoğanın Qəzza məktubunu ətraflı işıqlandırıb.

Serbiyanın ən çox oxunan xəbər portallarından biri olan "Blic" də “Əminə Ərdoğan Melaniya Trampdan Qəzzadakı uşaqlar haqqında düşünməsini istədi” başlıqlı xəbərdə “Əminə Ərdoğan Putinə yazdığı kimi Melaniya Trampdan Netanyahuya məktub yazmasını istədi” sözlərini çatdırıb.

Monteneqronun ən çox oxunan xəbər portallarından biri olan CDM Əminə Ərdoğanın Melaniya Trampdan Qəzzadakı uşaqlar haqqında düşünməsini xahiş etdiyini vurğulayıb.

Avstraliya

Mərkəzi qərargahı Avstraliyada olan "9news" xəbər saytı məktubla bağlı “Əminə Ərdoğan Melaniya Trampı Qəzzadakı uşaqlar haqqında danışmağa çağırıb” başlıqlı xəbər yayıb.

Məktubda Əminə Ərdoğanın Melaniya Trampı Ukraynadakı müharibə üçün göstərdiyi həssaslığı Qəzzadakı humanitar böhrana da göstərməyə çağırdığı vurğulanan xəbərdə məktubun məzmununa geniş yer verilib.

Malayziya, Sinqapur və Banqladeş

Malayziyada yerləşən “Free Malaysia Today” xəbər saytı Əminə Ərdoğanın Melaniya Trampı qəzzalı uşaqlarına dəstək olmağa çağırdığına yer verib.

Xəbərdə Əminə Ərdoğanın Melaniya Trampı İsrailin Baş naziri Benyamin Netayahuya məktub ünvanlayaraq Qəzzadakı humanitar böhrana son qoymağa çağırdığı bildirilib.

Xəbərdə Əminə Ərdoğanın "Bir ana, bir qadın və bir insan olaraq məktubunuzdakı hissləri dərindən paylaşıram. Ümid edirəm ki, arzusu sülh və əmin-amanlıq olan Qəzzadakı körpələr üçün də eyni ümidi bəsləyəcəksiniz" yazdığı bildirilib. Xəbərdə Birləşmiş Millətlər Təşkilatının Qəzzada aclıq elan etməsi də vurğulanıb.

Sinqapurda fəaliyyət göstərən “The Straits Times” xəbər saytı da Əminə Ərdoğanın Melaniya Trampı qəzzalı uşaqlara dəstək çağırışına yer verib.

Xəbərdə BMT-nin Qəzzada aclıq elan etməsinə diqqət çəkilərək, "Əminə Ərdoğan Fələstinin qlobal şəkildə tanınmasını vurğulayaraq, Melaniya Trampın çağırışının tarixi bir missiya olacağına işarə etdi" ifadəsi işlədilib.

Banqladeşin rəsmi xəbər agentliyi olan "Bangladesh Sangbad Sangstha"nın (BSS) “Ərdoğanın həyat yoldaşı (Əminə Ərdoğan) Melaniya Trampı Qəzzanın uşaqları üçün danışmağa çağırıb” başlıqlı xəbər yayıb. Xəbərdə məktubun təfərrüatlarına yer verilib.

Xəbərdə Əminə Ərdoğanın məktubda: “İnanıram ki, son iki ildə 18 mini uşaq olmaqla 62 min günahsız mülki vətəndaşın vəhşicəsinə qətlə yetirildiyi Qəzzada müharibədə həyatını itirən 648 ukraynalı uşaq üçün göstərdiyiniz həssaslıq kimi, daha da güclü həssaslıq nümayiş etdirəcəksiniz” ifadəsi yer alıb.

Pakistan, Hindistan və Yaponiya

Pakistanın “Dawn” qəzeti Əminə Ərdoğanın Melaniya Trampı Qəzza ilə bağlı danışmağa çağırmasını manşet olaraq dərc edib. Xəbərdə Əminə Ərdoğanın məktubunda Melaniya Trampın Ukrayna və Rusiyadakı uşaqlarla bağlı Vladimir Putinə yazdığı məktubdan bəhs edildiyi bildirilib.

Xəbərdə Əminə Ərdoğanın "Dünyanın kollektiv oyanış yaşadığı və Fələstinin tanınmasının qlobal bir iradəyə çevrildiyi bu günlərdə Qəzza adına sizin bir çağırışınızın Fələstin xalqı qarşısındakı tarixi bir məsuliyyəti də yerinə yetirəcəyinə inanıram" dediyi də bildirilib.

Hindistanda fəaliyyət göstərən “Times of India” xəbər saytı “Qəzzalı uşaqlar üçün danışın: Türkiyənin birinci xanımı Putinə məktub ünvanlayan Melaniya Trampa məktub yazıb” başlığını işlədib.

Məktubun təfərrüatlarının çatdırıldığı xəbərdə Əminə Ərdoğanın Melaniya Trampı Ukrayna üçün göstərdiyi həssaslığı Qəzzaya qarşı da göstərməyə çağırdığı bildirilib.

Yaponiyada yerləşən “Japan Today” xəbər saytı da Əminə Ərdoğanın Melaniya Trampa çağırışı ilə bağlı xəbər yayıb.

Qətər

Əminə Ərdoğanın məktubu Yaxın Şərq ölkələrinin mətbuat orqanlarında da geniş işıqlandırılıb.

Qətərdə fəaliyyət göstərən "Al Jazeera", "Al Jazeera Mubasher" və "Al Jazeera Arabic" telekanalları Əminə Ərdoğanın Melaniya Trampa məktubuna geniş yer veriblər.

“Türkiyə prezidenti Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğandan Melaniya Trampa: "Qəzzadakı uşaqlar üçün səsinizi ucaltın” başlıqlı xəbərdə Ərdoğanın Melaniya Trampı Ukraynadakı uşaqlara göstərdiyi həssaslığı Qəzzadakı uşaqlara da göstərməyə çağırdığı bildirilib.

Qətərin aparıcı qəzetlərindən olan “El-Arabi el-Cedid” də xəbəri “Əminə Ərdoğanın Qəzza üçün Melaniya Trampa çağırışı” başlığı ilə dərc edib. Xəbərdə Ərdoğanın İsrailin hücumları və blokadaları altında sağ qalmaq üçün mübarizə aparan uşaqlara diqqət çəkdiyi bildirilib.

Səudiyyə Ərəbistanı

Böyük Britaniyada nəşr olunan ərəbdilli “Asharq al-Awsat” qəzeti Əminə Ərdoğanın məktubunu “Türkiyə prezidentinin həyat yoldaşı Qəzzada uşaqları üçün Trampın xanımına çağırış etdi” başlığı ilə dərc edib. Xəbərdə xanım Ərdoğanın Qəzzadakı humanitar böhrana diqqəti vurğulanıb.

Birləşmiş Ərəb Əmirlikləri

BƏƏ-də yerləşən "Sky News Arabia" telekanalı məktubu “Əminə Ərdoğan Qəzzada uşaqlara çağırış edir” başlığı ilə yayıb. Kanal Melaniya Trampın Ukraynadakı uşaqlara qarşı göstərdiyi eyni həssaslığın Qəzzadakı uşaqlara da göstərilməsini təklif edən məktubda ifadələri diqqət çəkib.

İsrail

İsrailin “Maariv” qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın Melaniya Trampa ünvanladığı məktubu “Ərdoğanın həyat yoldaşından Ağ Evdəki prezidentin xanımına: Netanyahuya təzyiq edin” başlıqlı yazı ilə oxucularına çatdırıb.

Xəbərdə Əminə Ərdoğanın Melaniya Trampdan Qəzzadakı uşaqlar adına İsrailin Baş naziri Benyamin Netanyahuya təzyiq göstərməsini istədiyi bildirilib.

Xəbərdə Ərdoğanın Melaniya Trampdan bu ayın əvvəlində Rusiya prezidenti Vladimir Putinə Ukrayna və Rusiyadakı uşaqlar üçün etdiyi çağırışı təkrarlamasını istəyib. Məktubda bu ifadə yer alıb: “İnanıram ki, 648 ukraynalı uşaq üçün göstərdiyiniz əhəmiyyətli qayğı Qəzzada da öz əksini tapacaq”.

Əminə Ərdoğan məktubunda “Dünyanın kollektiv bir oyanış yaşadığı və Fələstinin tanınmasının qlobal istəyə çevrildiyi bu günlərdə Qəzza adına çağırışınızın Fələstin xalqı qarşısında tarixi bir məsuliyyətin yerinə yetirilməsi olacağına inanıram” ifadələrini işlədib.

Digər tərəfdən “Yedioth Ahronot” qəzetinin “Putinə məktub, Ərdoğanın həyat yoldaşından Melaniyaya istəyi: Netanyahuya da məktub yazın” başlıqlı xəbərində Əminə Ərdoğanın Melaniya Trampdan Rusiya prezidentinə yazdığı məktubda olduğu kimi Qəzzadakı uşaqlar adına Netanyahuya da oxşar çağırışı etməsini istədiyi bildirilib.

Xəbərdə məktubun “İtirdiklərimiz üçün çox gecdir, amma geridə qalan bir milyondan çox insan üçün hələ də şans var” ifadəsi də yer alıb.

Fələstin

Fələstinin “Alkuds Alarabi”, “Kuds el-Ihbariyye”, “Shehab Agency” və “Alhadath” qəzetləri Əminə Ərdoğanın məktubu ilə bağlı geniş məlumat yayıblar. Xəbərlərdə Ərdoğanın "Qəzzada uşaqların ən elementar hüquqlarından belə məhrum edildiyini" vurğuladığı bildirilib.

Misir

Misirdə fəaliyyət göstərən “AlGhad” telekanalı məktubu “Türkiyə prezidentinin həyat yoldaşından Melaniya Trampa: Qəzzadakı uşaqlar üçün də hərəkətə keçin” başlığı ilə yayımlayıb.

 Livan

Livanın rəsmi xəbər agentliyi NNA öz internet səhifəsində Əminə Ərdoğanın məktubunu dərc edib.

“Əminə Ərdoğan Melaniya Trampı Qəzzadakı uşaqlarla bağlı mesaj verməyə çağırdı” başlıqlı xəbərdə Əminə Ərdoğanın Ukraynada uşaqlara qarşı göstərdiyi həssaslığı xatırladaraq, İsrail ordusunun blokadası altında olan Qəzzada müharibə şəraitində yaşayan uşaqlara da eyni həssaslığı göstərməyə çağırdığı ifadələr yer alıb.

Əminə Ərdoğanın Melaniya Trampa məktubu Livan mətbuatdan MTV kanalının saytında dərc edilib.

MTV Ərdoğanın məktubunu “Ərdoğanın həyat yoldaşı Trampın xanımına: Ümid edirəm ki, Qəzzadakı uşaqlara da eyni ümidi verərsiniz” başlığı ilə yayıb.

MTV xəbərində Ərdoğan Trampı ukraynalı uşaqlar üçün verdiyi mesajı Qəzzadakı fələstinli uşaqlara da verməyə çağırıb.

Livanın aparıcı xəbər saytı “Lebanon Debate” də Ərdoğanın məktubunu “Qəzzadakı uşaqlara da eyni həssaslığı göstərin” başlığı ilə dərc edib. Xəbərdə Ərdoğanın humanitar çağırışı önə çəkilib.

-Mərakeş

Mərakeşin “İstiklal” qəzeti məktubu “Türkiyə prezidentinin xanımı Trampın xanımına Qəzza mesajı göndərdi” başlığı ilə yazıb. Xəbərdə Ərdoğanın Qəzzada uşaqların üzləşdiyi çətinliklərə toxunduğu bildirilib.

Rusiya

Rusiya mətbuatı prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampa Qəzzadakı uşaqlarla bağlı ünvanladığı məktubu ətraflı işıqlandırıb.

Rusiyanın TASS xəbər agentliyi “Əminə Ərdoğan Melaniya Trampı Qəzzadakı uşaqların vəziyyəti ilə bağlı açıq danışmağa çağırdı” başlığı ilə prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğandan Qəzzada uşaqların vəziyyəti ilə bağlı məsələ qaldırmasını istədiyinə diqqət çəkib.

RİA xəbər agentliyi “Ərdoğanın həyat yoldaşı Melaniya Trampdan Netanyahuya məktub yazmasını istəyib” başlıqlı xəbərdə Əminə Ərdoğanın Trampın həyat yoldaşından İsrailin Baş naziri Benyamin Netanyahudan Qəzzaya 18 mindən çox uşağın həyatına son qoyan hücumu dayandırmağa çağırmasını istəyib.

“Kommersant” qəzeti Əminə Ərdoğanın məktubunu “Ərdoğanın həyat yoldaşı Melaniya Trampı ukraynalı uşaqlara olduğu kimi qəzzalı uşaqlara da dəstək olmağa çağırıb” başlığı ilə çatdırıb. Xəbərdə “Əminə Ərdoğan Melaniya Trampı müharibədən zərər çəkmiş ukraynalı uşaqlara göstərdiyi qayğını Qəzza zolağınrakı uşaqlara da göstərməyə çağırıb” ifadələri işlədilib.

“İzvestiya” qəzeti “Əminə Ərdoğan Melaniya Trampı Qəzzada uşaqların taleyinə müdaxilə etməyə çağırdı” başlıqlı xəbərində Ərdoğanın “Qəzza zolağında sağ qalmağı bacaran bir milyondan çox uşaq üçün hələ də şansımız var. Zamanı çoxdan gəlib çatıb” sözlərini sitat gətirib.

“Rossiskaya qazeta”da yer alan xəbərdə Əminə Ərdoğanın Melaniya Trampın Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktubdan ilham aldığını ifadə etdiyi qeyd edilib.

“Vzglyad” qəzeti də məktubla bağlı xəbəri oxucuları ilə paylaşaraq “Ərdoğanın həyat yoldaşı Qəzzada uşaq məsələsi ilə bağlı Melaniya Trampa müraciət edib” ifadəsini işlədib. Xəbərdə Əminə Ərdoğanın Melaniya Trampa məktub ünvanlayaraq ondan Qəzzadakı uşaqların acınacaqlı vəziyyətinə diqqət çəkməsini və çıxış etməsini istəyib.

Azərbaycan

Azərbaycan mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın ABŞ-ın birinci xanımı Melaniya Trampa göndərdiyi məktubu geniş işıqlandırıb.

“Qafqazinfo” xəbər portalının məlumatına görə, Əminə Ərdoğan Melaniya Trampı Ukraynadakı müharibəyə göstərdiyi həssaslığı Qəzzada humanitar böhrana da əks etdirməyə çağırıb

"Yeni Müsavat" qəzeti məktubdan sitat gətirib: "648 ukraynalı uşağa göstərdiyiniz mərhəmətin Qəzza uşaqlarına da göstəriləcəyinə inanıram. Çünki son iki ildə 18 mini uşaq olmaqla 62 min günahsız dinc sakin vəhşicəsinə qətlə yetirildi".

“Report” xəbər agentliyi Əminə Ərdoğanın Melaniya Trampın Rusiya prezidenti Vladimir Putinə yazdığı məktubdan ilhamlandığını yazıb. Agentlik həmçinin qeyd edib ki, Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlamağa çağırıb.

Azərbaycan mətbuatı Əminə Ərdoğanın məktubunu Qəzzadakı uşaqların acınacaqlı vəziyyətini işıqlandıran humanitar müraciət kimi şərh edib.

Qazaxıstan

Qazaxıstan “Kazinform” dövlət xəbər agentliyi də “Əminə Ərdoğan Melaniya Trampa məktub göndərib” başlıqlı xəbər yayıb. Agentlik xəbərində “Anadolu” agentliyinə istinadən yazıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampa məktub göndərərək, Qəzzadakı humanitar böhrana Ukraynadakı münaqişədə olduğu kimi həssaslıqla yanaşılmasını istəyib.

Xəbərdə Əminə Ərdoğanın yazdığı məktubun fotosu da yer alıb.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us