ABŞ prezidenti Donald Tramp avqustun 24-də ölkənin böyük televiziya şəbəkələrini qərəzli yayın aparmaqda ittiham edib və onların yayım lisenziyalarının ləğv olunmasının vacibliyini bildirib.
O, sosial media platforması “Truth Social”da paylaşdığı mesajda, ABC və NBC telekanallarının onun prezidentliyi dövründə əsasən mənfi xəbərlər yayımladığını vurğulayıb.
“ABŞ prezidentlik tarixinin ən yaxşı səkkiz ayını keçirməyimə baxmayaraq, ABC və NBC kimi tarixdəki ən pis və ən qərəzli iki televiziya şəbəkəsi mənim haqqımda xəbərlərin 97 faizini mənfi təqdim edir. Onlar o qədər qərəzli və aldadıcı yayın aparırlar ki, bu, demokratiyamız üçün real təhlükədir!!!”, – deyə o yazıb.
ABŞ prezidenti əlavə edib ki, bu media qurumları “Demokrat Partiyasının bir qolu kimi” davranır və Federal Rabitə Komissiyası (FCC) onların yayım lisenziyalarını ləğv etməlidir.
Xatırladaq ki, D.Tramp tez-tez aparıcı media qurumlarını və onun rəhbərliyqarşı yayımlanan xəbərləri “saxta xəbər” adlandıraraq kəskin tənqid edir.