TÜRKİYƏ
2 dəqiqə oxuma
Əminə Ərdoğan Qəzzadakı uşaqları müdafiə etməsi üçün Melaniya Trampa məktub ünvanlayıb
Əminə Ərdoğan Melaniya Trampa ünvanladığı məktubunda vurğulayıb ki, hər bir uşağın yerindən, irqindən və dindən asılı olmayaraq təhlükəsiz böyümək üçün qlobal hüququ var
Əminə Ərdoğan Qəzzadakı uşaqları müdafiə etməsi üçün Melaniya Trampa məktub ünvanlayıb
Birinci xanım Ərdoğan Melaniya Trampa məktub ünvanlayıb / AA Archive
17 saat əvvəl

Əminə Ərdoğan avqustun 22-də yazdığı məktubunda deyib: "İnanıram ki, Siz müharibədə həyatını itirən 648 ukraynalı uşağa göstərdiyiniz həssaslığı iki il ərzində 18 mini uşaq olmaqla 62 min günahsız dinc sakinin vəhşicəsinə qətlə yetirildiyi Qəzzaya qarşı daha güclü göstərəcəksiniz”.

Ərdoğan Melaniya Trampdan son iki ildə 18 mini uşaq olmaqla 62 min dinc sakinin həyatını itirdiyi Qəzzada davam edən acılara diqqət çəkməsini istəyib.

“Uşaqlardan müdafiə etmək lazımdır”

Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampa məktub ünvanlayaraq, Qəzzadakı humanitar böhrana Ukraynadakı müharibədə göstərdiyi həssaslığı göstərməyə çağırıb.

Melaniya Trampı səmimi sevgi və hörmətlə salamlamaqla başlayan məktubunda Əminə Ərdoğan Vaşinqtonda Ağ Evdəki görüşdə Melaniya Trampın səmimi söhbətinin və nəzakətli qonaqpərvərliyinin 6 il sonra da yaddaşında təzə qaldığını qeyd edib. Əminə Ərdoğan Trampın şəxsi şam yeməyi zamanı sözlərinin onun aktual mövzulara həssaslığını ortaya qoyduğunu və bu həssaslığın Melaniya Trampın Rusiya prezidenti Vladimir Putinə son məktubunda da əksini tapdığını qeyd edib.

O, həmçinin uşaqların təhlükəsiz mühitdə böyümək hüququnun coğrafiyasından, irqindən və dinindən asılı olmayaraq universal hüquq olduğunu vurğulayıb.

Əminə Ərdoğan məktubunda “Adları belə məlum edilə bilməyən minlərlə qəzzalı uşağın kəfənlərinə yazılan “naməlum körpə” ifadəsi bizim ümumi vicdanımıza sağalmaz yaralar vurur” sözlərini yazıb.

Netanyahuya məktub ünvanlayın”

Birinci xanım Ərdoğan Melaniya Trampa böhrana son qoymaq üçün İsrailin Baş naziri Benyamin Netanyahuya məktub ünvanlamasını təklif edib.

Ərdoğan “Dünyanın kollektiv bir oyanış yaşadığı və Fələstinin tanınmasının qlobal bir iradəyə çevrildiyi bu günlərdə Qəzza adına sizin bir çağırışınızın Fələstin xalqı qarşısındakı tarixi bir məsuliyyəti də yerinə yetirəcəyinə inanıram” deyib.

Əminə Ərdoğan məktubunu Qəzza uşaqlarına ümid vermək üçün beynəlxalq hüququn və ortaq insani dəyərlərin müdafiəsinin vacibliyini vurğulayaraq yekunlaşdırıb.

Qeyd edək ki, İsrail 2023-cü ilin oktyabr ayından Qəzzada təxminən 62.300 fələstinlini qətlə yetirib.

İsrailin hücumları aclıqla üzləşən bölgəni xarabaya çevirib.

Keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətdiyinə görə həbs edilməsinə order verib.

İsrail həmçinin regionda apardığı müharibəyə görə Beynəlxalq Ədalət Məhkəməsində soyqırım işi iləqarşı-qarşıyadır.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us