DÜNYA
2 dəqiqə oxuma
V.Zelenski: “Ukrayna ABŞ və Danimarka ilə silah istehsalına dair müqavilə imzalayıb''
Ukrayna prezidenti bu barədə yaydığı bəyanatda bildirib
V.Zelenski: “Ukrayna ABŞ və Danimarka ilə silah istehsalına dair müqavilə imzalayıb''
/ Reuters
8 saat əvvəl

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 5-də bildirib ki, beynəlxalq tərəfdaşlarla silah istehsalına dair müqavilələrin imzalandığını deyib. Bu razılaşmalar uzaqmənzilli raketlərin və qabaqlayıcı pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalını əhatə edir. Bəyanat Rusiyanın davam edən hücumları fonunda verilib.

Prezidentin sözlərinə görə, ABŞ-ın “Swift Beat LLC” şirkəti ilə bu həftə imzalanan razılaşma xüsusi əhəmiyyət kəsb edir. Mərkəzi ABŞ-da yerləşən bu şirkət hökumətdən asılı olmayaraq fəaliyyət göstərir və “Google”un keçmiş baş direktoru Erik Şmidt tərəfindən dəstəklənir.

V.Zelenski qeyd edib ki, yeni tərəfdaşlıq çərçivəsində müxtəlif növ PUA-lar və raketlərin – o cümlədən kəşfiyyat və atəşin tənzimlənməsi üçün istifadə olunan kvadrokopterlər, eləcə də uzaqmənzilli pilotsuz aparatların – istehsalı əhəmiyyətli dərəcədə artırılacaq.

Ukrayna tərəfi həmçinin Danimarkanın bir şirkəti ilə də oxşar əməkdaşlığa başlayıb. Həmin şirkət Ukrayna ilə birgə silah istehsalı sahəsində fəaliyyət göstərəcək.

V.Zelenski bu əməkdaşlıqlarla bağlı deyib:“Dövlətimizin və xalqımızın yanında olan, Ukraynanın hərbi-sənaye kompleksini dəstəkləyən və onun müdafiə qabiliyyətini gücləndirən hər kəsə minnətdarıq.”

Qeyd edək ki, iyulun 1-də Ukraynanın ən böyük hərbi dəstəkçisi olan ABŞ bəzi əsas silah tədarüklərini dayandırdığını açıqlayıb. Bu qərar Avropa müttəfiqlərini yaranan boşluğu doldurmaq üçün səylərini artırmağa vadar edib.

Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer iyulun 10-da digər Avropa liderləri ilə onlayn formatda görüş keçirəcəklər. Görüşdə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunacaq. İclasın keçiriləcəyi barədə məlumat iyulun 4-də Yelisey sarayı tərəfindən açıqlanıb.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us