DÜNYA
2 dəqiqə oxuma
İki ölkə liderləri ticarət və sərhəd məsələlərini müzakirə ediblər
Liman şəhəri Tiencində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində müxtəlif regionlardan liderlər “Qlobal Cənub”un birliyini gücləndirmək üçün...
İki ölkə liderləri ticarət və sərhəd məsələlərini müzakirə ediblər
Çin və Hindistan liderləri / AFP
21 saat əvvəl

Çin dövlət mediası "Xinhua"nın məlumatına görə, Hindistanın Baş naziri Narendra Modi və Çin sədri Si Cinpin bu gün Çinin şimalındakı Tiencin liman şəhərində ikitərəfli görüşlərə başlayıb.

Modi yeddi il sonra ilk dəfə Çinə səfər edərək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iki günlük toplantısında iştirak edir. Zirvə görüşündə Rusiya prezidenti Vladimir Putin ilə yanaşı, Orta Asiya, Cənub-Şərqi Asiya, Cənubi Asiya və Yaxın Şərqdən olan liderlər də Si ilə bir araya gələrək güclü "Qlobal Cənub" həmrəyliyini nümayiş etdirəcəklər.

İkitərəfli görüş Vaşinqtonun Hindistanın Rusiyadan neft idxalına görə Hindistan məhsullarına 50% gömrük rüsumu tətbiq etməsindən beş gün sonra baş tutub. Bu, Modinin Si ilə ötən il Rusiyada keçirdiyi görüşdən sonra ikinci görüşüdür. Analitiklər Si və Modinin Qərbin təzyiqlərinə qarşı ortaq bir mövqe nümayiş etdirməyi hədəflədiyini qeyd edirlər.

Əlaqələrin yaxşılaşdırılması

Pekin və Yeni Dehli mübahisəli sərhədlərdə patrul məsələsii ilə bağlı iki lider arasında razılaşmanın əldə edildiyi oktyabr ayında baş verən əlamətdar görüşdən sonra münasibətləri bərpa etmək üçün ehtiyatlı addımlar atır.

2020-ci ildə sərhəddə baş verən ölümcül toqquşmalardan sonra dayanma nöqtəsinə gələn münasibətlə son həftələrdə Vaşinqtonun ağır ticarət təzyiqlərinə qarşı Hindistanın Çinə yönəlməsi və eyni zamanda Rusiya ilə yaxın əlaqələrini qorumaq istəməsi ilə yumşalmağa başlayıb.

Bu ayın əvvəllərində Çin xarici işlər naziri Vanq Yinin Hindistana etdiyi əhəmiyyətli səfərdə iki ölkə birbaşa uçuşları bərpa barədə razılığa gəlib. Həmçinin, Çin nadir torpaq elementləri, gübrələr və tunel qazma maşınları üzərindəki ixrac məhdudiyyətlərini aradan qaldırmağa razılıq verib.

Çinin Hindistandakı səfiri Xu Feyhonq bu ayın əvvəlində Vaşinqtonun ağır gömrük rüsumlarına qarşı "Hindistana güclü dəstəyini" açıqlayıb.

Vaşinqton onilliklər ərzində Yeni Dehli ilə münasibətlərini böyük diqqətlə inkişaf etdirərək, Hindistanın regional səviyyədə Pekinə qarşı bir tarazlıq elementi olmasına ümid edirdi.

Sərhəd məsələsi

Son aylarda Çin hindistanlı zəvvarların Tibetdəki Buddist müqəddəs yerlərini ziyarət etməsinə icazə verib və hər iki ölkə qarşılıqlı turizm vizası məhdudiyyətlərini ləğv edib.

Banqalorda yerləşən "Takshashila İnstitutu"nun Çin-Hindistan münasibətləri üzrə mütəxəssisi Mankoy Kevalramani "Həm Hindistan, həm də Çin, münasibətlərində yeni bir tarazlıq təyin etməyə yönəlmiş uzun və çətin bir prosesə girmiş görünür. Modi-Si görüşünün hökumətlərarası və xalqlararası daha geniş əlaqə ilə bu yolda davam etmə öhdəliklərini təsdiq edəcəyi ehtimal olunur” deyib.

Analitiklər, Si-Modi görüşlərində ticarət və investisiya ilə yanaşı uçuş əlaqələri və davam edən sərhəd problemlərinin gündəmdə olacağını gözləyirlər. Modinin həmçinin, aprel ayında Hindistanın nəzarətindəki Kəşmirdə hindli turistlərə qarşı edilən hücumun Hindistan və Pakistan arasında onilliklərin ən qanlı toqquşmalarına səbəb olmasından sonra terror məsələsini də gündəmə gətirəcəyi gözlənilir.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us