Çinin dövlət mediası CCTV-nin yaydığı məlumata görə, Çin və Ermənistan liderləri Çinin şimalındakakı Tiencin liman şəhərində görüşərək strateji tərəfdaşlıq əlaqələri qurublar.
CCTV bildirib ki, Çinin sədri Si Cinpin Ermənistanın Baş naziri Nikol Paşinyana Çin və Ermənistanın bir-birinə qətiyyətlə dəstək verməsi və bütün sahələrdə əməkdaşlığı dərinləşdirməsinin vacibliyini ifadə etdiyini bildirib.
Paşinyan Si Cinpinin ev sahibliyi etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısında iştirak etmək üçün Tiencində səfərdədir.
Ermənistan Çinin Şərqi Asiyadan Avropa ölkələrinə çatmağı hədəfləyən "Kəmər və Yol Təşəbbüsü" marşrutu üzərində yerləşən ölkələrdən biridir.
Bu açıqlama Asiya və Yaxın Şərqdən liderləri bir araya gətirən Şanxay Əməkdaşlıq Təşkilatı zirvəsi zamanı verilib.
Si Cinpinin Paşinyanı Tiencində qarşılaması Çinin regional ittifaqların formalaşdırılmasında artan təsirini və Qlobal Cənub ilə həmrəyliyə dair daha geniş öhdəliyini vurğulayıb.