Rusiyanın Kamçatka yarımadasında 7,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, zəlzələ sentyabrın 13-də Kamçatka vilayətinin inzibati mərkəzi olan Petropavlovsk-Kamçatskidən 111 kilometr şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 39,5 kilometr dərinlikdə yerləşib.
Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi isə zəlzələnin episentrindən 300 kilometr məsafədə yerləşən Rusiya sahillərində "təhlükəli" sunami dalğalarının yarana biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, ABŞ Geoloji Xidməti əvvəlcə zəlzələnin gücünü 7,5 bal olaraq açıqlayıb, daha sonra bu göstəricini 7,4 bala endirib.
Xatırladaq ki, iyul ayında Kamçatka yarımadasında indiyə qədər qeydə alınan ən güclü zəlzələlərdən biri baş vermişdi. Zəlzələ nəticəsində Sakit okeanda 4 metrə qədər yüksəklikdə sunami dalğaları yaranmış və Havaydan Yaponiyaya qədər bir sıra bölgələrdə təxliyələrə səbəb olmuşdu
İyul ayındakı zəlzələ nəticəsində Yaponiya hökuməti təxminən iki milyon insanı təhlükəsizlik məqsədilə yüksək ərazilərə təxliyə etməyə məcbur olmuşdu. Regionda sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunmuş, lakin sonradan bu xəbərdarlıqlar ya ləğv edilmişdi.