Rusiya Müdafiə Nazirliyinin avqustun 22-də (bu gün) yaydığı məlumatda bildirilir ki, təlim çərçivəsində dalğıc bölmələri sualtı diversantları aşkarlama və yaxalama bacarıqlarını, həmçinin düşmən qayıqlarını məhv etmək üçün FPV dronlarından istifadə imkanlarını nümayiş etdirib.
Həmçinin təlimlərin məqsədinin donanmanın sualtı diversiya əleyhinə müdafiə bölmələrinin fəaliyyətini qiymətləndirmək olduğu bildirilib.
Qeyd edək ki, bu ay ikinci dəfə sualtı müdafiə elementlərini əhatə edən təlim keçirən Rusiyaya qarşı ABŞ prezidenti Donald Tramp avqustun 1-də iki Amerika nüvə sualtı qayığının bölgəyə yaxınlaşdırılması barədə göstəriş vermişdi.
Avqustun ilk həftəsində isə Rusiya və Çin donanmaları Yapon dənizində düşmən sualtı qayığını izləyib məhv etməyə yönələn birgə təlim keçirmişdi.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi həmçinin donanma komandanı admiral Aleksandr Moyseyevin Baltik təliminə nəzarət etdiyi görüntülərini yayıb. Təlim proqramına düşmən dron hücumlarından hava limanının müdafiəsi üzrə ssenari də daxil edilib.