16 saat əvvəl
Avqustun 22-də (bu gün) yayılan məlumatda bildirilir ki, ABŞ qüvvələri Suriyanın şimalındakı Atima bölgəsində həyata keçirilən əməliyyat zamanı həmçinin təşkilatın mühüm maliyyələşdiricilərindən biri olan yüksək vəzifəli DEAŞ üzvünü zərərsizləşdirib.
Məlumata görə, avqustun 19-da keçirilən əməliyyatda öldürülən terrorçunun bölgədəki DEAŞ şəbəkəsi ilə əlaqələri olub və ABŞ-la Koalisiya qüvvələrinə, eləcə də yeni Suriya hökumətinə birbaşa təhlükə yaratdığı qeyd olunub.
Bu barədə CENTCOM-un komandanı admiral Bred Kuper bəyan edib: “Bölgədə DEAŞ terrorçularını qətiyyətlə izləməyə davam edəcəyik. Tərəfdaşlarımız və müttəfiqlərimizlə birlikdə, CENTCOM olaraq DEAŞ-ın tam şəkildə məğlub edilməsi üçün çalışırıq.”
MƏNBƏ:TRT