TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə Kongo Demokratik Respublikasına başsağlığı verib
Konqo Demokratik Respublikasında dəfn mərasimi zamanı törədilən hücumda onlarla insan həlak olub
Türkiyə Kongo Demokratik Respublikasına başsağlığı verib
/ Public domain
10 sentyabr 2025 г.

Türkiyə Konqo Demokratik Respublikasında törədilən terror aktı ilə əlaqədar bu ölkəyə başsağlığı verib.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu ifadələrə yer verilib:''DEAŞ-a tabe olan Müttəfiq Demokratik Qüvvələrin Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətində törətdiyi terror aktı nəticəsində çox sayda insanın həyatını itirməsi barədə yayılan xəbərlər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və Konqo Demokratik Respublikasına dərin hüznlə başsağlığı veririk’’.

DEAŞ terror təşkilatı ilə əlaqəli Müttəfiq Demokratik Qüvvələrin (MDQ) sentyabrın 10-da həyata keçirdiyi hücum nəticəsində onlarla insan həlak olub. Son illərdə Konqo Demokratik Respublikasının şərqində MDQ-nin fəaliyyəti əhəmiyyətli dərəcədə artıb. Əvvəlcə Uqandada yaradılan silahlı qruplaşma siyasi qeyri-sabitlik və yerli münaqişələrdən faydalanaraq sərhədləri keçib və Kivu bölgəsində fəaliyyət sahəsini genişləndirib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us