SİYASƏT
1 dəqiqə oxuma
Türkiyə İsrailin Suriyadakı iddialarını əsassız adlandırdı
Rəsmi Ankara İsrailin Suriyadakı Türkiyə qüvvələrini hədəf aldığı iddialarını təkzib edib
Türkiyə İsrailin Suriyadakı iddialarını əsassız adlandırdı
Türkiyə Müdafiə Nazirliyi / AA
11 sentyabr 2025 г.

Ankara rəhbərliyi İsrailin Suriyada Türkiyə Silahlı Qüvvələrinə məxsus obyektləri hədəf aldığına dair iddiaları “əsassız” adlandıraraq, bu cür iddiaların “həqiqəti əks etdirmədiyini” vurğulayıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Nazirlik sentyabrın 11-də (bu gün) verdiyi açıqlamada İsrailin Qətərdəki hücumuna diqqət çəkərək bildirib ki, Tel-Əviv rəhbərliyi terrorizmi dövlət siyasətinə çevirib və sülhə tamamilə qarşı olan bir mövqe nümayiş etdirir.

Rəsmi Ankara hücumu Qətərin suverenliyinin “açıq şəkildə pozulması” kimi qiymətləndirib. Məsələylə bağlı dövlət qurumunun yaydığı bəyanatda deyilir: “Bu hücum qarşısında bütün imkanlarımızla Qətərin yanında olduğumuzu bir daha vurğulayırıq.”

 

“Məntiqsiz hücumlar”

Nazirlik beynəlxalq ictimaiyyəti sürətli addımlar atmağa çağıraraq bildirib ki, əgər İsrail dayandırılmasa, onun “məntiqsiz hücumları” Yaxın Şərqi fəlakətə sürükləmək riski daşıyır.

İsrailin Dohada “Həmas”ın nümayəndə heyətinə qarşı həyata keçirdiyi hava hücumu, Qətərin suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulması kimi geniş şəkildə qınanıb.

Xatırladaq ki, İsrailin törətdiyi hücum nəticəsində “Hamas”-ın beş üzvü və bir qətərli təhlükəsizlik əməkdaşı həyatını itirib. “Həmas” rəhbərliyi isə hücum nəticəsində həyatda qala bilib.

 

MƏNBƏ:TRT
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us