SİYASƏT
2 dəqiqə oxuma
İsrail ordusu Zeytun məhəlləsində üç gün ərzində 300-dən çox evi yerlə-yeksan etdi
Qəzza rəsmiləri çoxmərtəbəli binaların xəbərdarlıq edilmədən hədəf alındığını, dağıntılar altında ölənlərin olduğunu açıqlayıb
İsrail ordusu Zeytun məhəlləsində üç gün ərzində 300-dən çox evi yerlə-yeksan etdi
Qəzza / AP
11 saat əvvəl

İsrail ordusu son üç gün ərzində Qəzzanın mərkəzində yerləşən Zeytun məhəlləsi və ətrafında 300-dən çox evi dağıdıb. Qəzzadakı Mülki Müdafiə İdarəsi bu addımı mülki yaşayış məntəqələrinin qəsdən hədəf alınması kimi qiymətləndirib.

Qurumun sözçüsü Mahmud Basal avqustun 13-də bildirib ki, İsrail qüvvələri Zeytun ərazisində xüsusilə beş və daha çox mərtəbəli binalara intensiv hücumlar həyata keçirib. Onun sözlərinə görə, istifadə olunan partlayıcılar ətrafdakı tikililərin də çökməsinə səbəb olub və bəzi evlər sakinləri içəridə olarkən yerlə-yeksan edilib.

M.Basal qeyd edib ki, dağıntılar heç bir xəbərdarlıq edilmədən törədilib və güclü bombardman xilasetmə qruplarının yaralılara çatmasına mane olub. Zeytun məhəlləsi bu qətliam zamanı dəfələrlə İsrail hücumlarına məruz qalıb.

Mülki Müdafiə əməkdaşları davam edən bombardman səbəbindən bir çox əraziyə çata bilmədiklərini, dağıntılar altında hələ də insanların qalmış ola biləcəyindən narahat olduqlarını bildiriblər.

 

Qəzzada soyqırım və beynəlxalq hüquq pozuntuları

Oktyabr 2023-dən bəri davam edən İsrail hücumları yerli səhiyyə rəsmilərinin məlumatına görə, 61 min 700-dən çox fələstinlinin ölümünə səbəb olub. Ölənlərin yarısına yaxını qadınlar və uşaqlardır.

Evlerin dağıdılması yüz minlərlə insanı köçkün vəziyyətinə salıb, çoxları həddindən artıq dolu çadırlarda və ya zədələnmiş binalarda qalmağa məcburdur.

Beynəlxalq humanitar yardım təşkilatları İsrailin Qəzzada törətdiyi qətliamın beynəlxalq hüququ pozduğunu, mülki infrastrukturun hədəf alınmasını qadağan edən qaydalara zidd olduğunu dəfələrlə bəyan ediblər.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us