TÜRKİYƏ
1 dəqiqə oxuma
Terror təşkilatı PKK silahlarını təhvil verməyə başladı
Türkiyə təhlükəsizlik qüvvələrinin apardığı qətiyyətli və təsirli antiterror əməliyyatlarından sonra PKK may ayında özünü buraxdığını və silahlarını təhvil verəcəyini açıqlamışdı
Terror təşkilatı PKK silahlarını təhvil verməyə başladı
/ AA
12 saat əvvəl

PKK terror təşkilatının üzvləri rəsmi Ankaranın “Terrorsuz Türkiyə” hədəfi çərçivəsində cümə günü İraqın Süleymaniyyə şəhərində silahlarını yerə qoymağa başlayıblar.

Türkiyə təhlükəsizlik qüvvələrinin apardığı qətiyyətli və təsirli antiterror əməliyyatlarından sonra PKK may ayında özünü buraxdığını və silahlarını təhvil verəcəyini açıqlamışdı. Bu addım Türkiyənin onilliklərdir davam edən terrorla mübarizəsində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.

Terrorla mübarizəni diplomatik müstəviyə daşıyan Türkiyə xüsusilə Avropa və Yaxın Şərqdəki beynəlxalq tərəfdaşlara göstərdiyi təzyiqlərlə PKK-nın xaricdəki fəaliyyət imkanlarını xeyli məhdudlaşdırıb. Təşkilatın xarici paytaxtlardakı sərbəst fəaliyyəti, çirkli pulların yuyulması və müxtəlif siyasi pərdələr altında maliyyə toplaması imkanları getdikcə daralıb.

Rəsmi Ankaranın iqtisadi əlaqələr, enerji diplomatiyası və regional əməkdaşlıqlar vasitəsilə apardığı strategiya, PKK-nın xarici dəstək şəbəkələrini tədricən zəiflədib.

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik verdiyi açıqlamada bildirib ki, silahların təhvil verilməsi prosesi sürətlə və tam şəkildə başa çatdırılmalıdır.

Ö.Çelik NTV-yə müsahibəsində Milli Kəşfiyyat Təşkilatı və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mexanizmin tərksilah prosesini yaxından izləyəcəyini qeyd edib.

Qeyd edək ki, Türkiyə artıq 40 ildən çoxdur mülki şəxslərə və təhlükəsizlik qüvvələrinə qarşı törədilən hücumlarda 40 mindən çox insanın ölümünə səbəb olan PKK terror təşkilatına qarşı mübarizə aparır.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us