SİYASƏT
1 dəqiqə oxuma
Putin: "Alyaskada keçirilən sammitdə əldə edilmiş "razılaşmalar" Ukraynada sülhə yol açır"
Vladimir Putin Ukrayna böhranına "uzunmüddətli və davamlı" həll axtardığını bildirib
Putin: "Alyaskada keçirilən sammitdə əldə edilmiş "razılaşmalar" Ukraynada sülhə yol açır"
Vladimir Putin / AP
9 saat əvvəl

Rusiya prezidenti Vladimir Putin avqust ayında ABŞ prezidenti Donald Tramp ilə keçirdiyi zirvə görüşündə əldə edilən "razılaşmaların" Ukraynada sülhə gedən yolu açdığını söyləyib. O, bu məsələni Çində keçirilən refional zirvədə iştirak edən liderlərlə müzakirə edəcəyini bildirib.

Putin Hindistanın Baş naziri Narendra Modi və MərkSzi Asiya, Yaxın Şərq, Cənubi Asiya və Cənub-Şərqi Asiyadan olan liderlərin qatıldığı Şanxay Əməkdaşlıq Təşkilatı forumunda iştirak edir. Zirvə Çin prezidenti Si Cinpinin ev sahibliyi ilə Tiencində keçirilir.

Forumda çıxışı zamanı Putin "Ukrayna böhranının həllinə kömək etməyi hədəfləyən Çin və Hindistanın səylərini və təkliflərini yüksək qiymətləndiririk" deyib. O əlavə edib ki, "Alyaskada keçirilən son Rusiya-ABŞ görüşündə əldə olunan anlaşmaların da bu məqsədə töhfə verəcəyinə ümid edirəm".

Putin avqustun 31-də Trampla keçirdiyi görüşlərin nəticələrini Si Cinpinə ətraflı şəkildə çatdırdığını bildirib. O, münaqişənin həlli üçün "hal-hazırda davam edən işlər" barədə daha çox detalları Çin lideri və digər iştirakçılarla ikitərəfli görüşlərdə paylaşacağını qeyd edib.

Rusiya prezidenti onu da deyib ki, Ukraynadakı həll yolunun davamlı və uzunmüddətli olması üçün böhranın kök səbəbləri aradan qaldırılmalıdır

O, münaqişənin mənbəyinin bir hissəsinin "Qərbin Ukraynanı NATO-ya daxil etmək cəhdlərindən" qaynaqlandığını bir daha vurğulayıb və bu barədə xəbərdarlıq edib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us