SİYASƏT
2 dəqiqə oxuma
Türkiyə ATƏT-in Minsk qrupunun ləğv edilməsi qərarını alqışladı
Türkiyə Xarici İşlər Nazirliyi bu addımı Azərbaycan – Ermənistan sülh prosesində dönüş nöqtəsi kimi qiymətləndirdi
Türkiyə ATƏT-in Minsk qrupunun ləğv edilməsi qərarını alqışladı
Türkiyə XİN / AA
11 saat əvvəl

Türkiyə dövləti Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) təxminən 30 il əvvəl “Dağlıq Qarabağ” münaqişəsinə vasitəçilik etmək məqsədilə yaradılan Minsk qrupunun ləğvi barədə qərarı məmnuniyyətlə qarşıladığını bəyan edib.

Bu barədə Xarici İşlər Nazirliyi sentyabrın 2-də yaydığı yazılı açıqlamada bildirib:
“ATƏT-in Nazirlər Şurası tərəfindən 1 sentyabr 2025-ci il tarixində Minsk qrupu və ona bağlı qurumların ləğvi barədə qəbul edilən qərarı məmnuniyyətlə qarşılayırıq”.

Açıqlamada həmçinin vurğulanıb ki, “Azərbaycan və Ermənistanın birgə səyləri ilə mümkün olan bu tarixi qərar, iki ölkə arasında sülh prosesinin mühüm mərhələlərindən birini təşkil edib”.

Qeyd edək ki, 1992-ci ildə “Dağlıq Qarabağ” münaqişəsinə sülh yolu ilə həll tapmaq məqsədilə yaradılan Minsk qrupuna Rusiya, ABŞ və Fransa həmsədrlik edirdi. Lakin qrup uzun illər ərzində qalıcı nəticə əldə edə bilmədi. Azərbaycan isə uzun müddətdir Minsk qrupunun ləğvini tələb edir və bunu Ermənistanla rəsmi sülh sazişinə nail olmaq üçün əsas şərt hesab edirdi.

Xatırladaq ki, qrupun ləğvi barədə qərar 8 avqustda ABŞ prezidenti Donald Trampın ev sahibliyi ilə Ağ Evdə keçirilən sammitdən sonra qəbul olunub. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan bir sıra görüşlər keçiriblər. Daha sonra hər iki ölkənin xarici işlər nazirləri ATƏT-ə müraciət edərək, qrupun ləğvini tələb ediblər.

Türkiyə dövləti münaqişə dövründə daim Azərbaycanın yanında olduğunu xatırladaraq, bu qərarı Cənubi Qafqazda davamlı sülhün təmin olunması yolunda mühüm addım kimi qiymətləndirib.

 

MƏNBƏ:TRT
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us