SİYASƏT
2 dəqiqə oxuma
D.Tramp sülh danışıqları nəticəsiz qalarsa Ukrayna və Rusyaya sanksiya tətbiq olunacağını açıqladı
ABŞ prezidenti hər iki tərəfi məsul tutaraq iqtisadi təzyiqlərin arta biləcəyini bildirdi
D.Tramp sülh danışıqları nəticəsiz qalarsa Ukrayna və Rusyaya sanksiya tətbiq olunacağını açıqladı
D.Tramp / AP
27 avqust 2025 г.

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp bildirib ki, Rusiya ilə yanaşı, Ukrayna da sülh istiqamətində addım atmazsa, hər iki ölkə ağır sanksiyalarla üzləşə bilər. Həmçinin ABŞ prezidenti Kiyev rəhbərliyinin də günahsız olmadığını vurğulayıb və üç ildən artıq davam edən dağıdıcı müharibəyə görə hər iki tərəfi məsul tutub.

NATO üzvlərinin Ukraynanın istifadəsi üçün ABŞ-dan silah alması barədə razılaşmaya toxunan D.Tramp deyib: “V.Zelenski də tam mənada günahsız deyil. İndi onunla münasibətlərim yaxşıdır, ancaq Ukraynaya artıq pul vermədiyimiz üçün əlaqələrimiz dəyişə bilər. Hər həftə, gənc insanlar ölür. Əgər bunu sanksiyalarla, gömrük vergisi sistemi ilə dayandıra bilərəmsə, bunu edəcəyəm.”

O, həmçinin sələfi Co Baydeni Ukraynanın Rusiya ilə müharibəyə başlamasına icazə verdiyinə görə günahlandıraraq deyib: “Heç kim uduzacağını bilə-bilə bir müharibəyə girməz. Mən əminəm ki, Ukrayna qalib gələcəyini güman edirdi. Düşünün, sizdən 15 dəfə böyük bir ölkəni məğlub edəcəyinizi fikirləşirsiz. C.Bayden buna imkan verməməli idi”.

 

Təhlükəsizlik zəmanətləri

Xatırladaq ki, D.Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskini ABŞ-a etdikləri ayrı-ayrı səfərlər zamanı onları üz-üzə danışıqlar aparmaları üçün razı salmağa çalışıb.

Bundan bir neçə gün sonra məsələylə bağlı danışan Rusiya xarici işlər naziri Sergey Lavrov V.Zelenskinin prezident kimi legitimliyinin şübhəli olduğunu deyib. D.Tramp isə bu iddianı “cəfəngiyat” adlandıraraq, kompromisə yanaşmayan Rusya rəsmilərini “saxta davranışlarda” günahlandırıb.

“Financial Times” qəzetinin Avropa və Ukrayna rəsmilərinə istinadla yaydığı xəbərə görə, Qərb müttəfiqləri atəşkəs əldə olunandan sonra Ukraynanın təhlükəsizliyini möhkəmləndirmək üçün üçmərhələli plan hazırlayır. Tədbirlər arasında hava hücumundan müdafiə dəstəyi, kəşfiyyat məlumatlarının paylaşılması və müharibədən sonrakı dövrdə Ukraynanın müdafiəsini gücləndirmək məqsədilə Avropa qüvvələrinin mümkün yerləşdirilməsi nəzərdə tutulur.

MƏNBƏ:TRT
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us