Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin, Ədalət və İnkişaf Partiyasının Ankara millət vəkili Osman Gökçek, partiyanın Ankara üzrə sədri Hakan Han Özcan və Kızılcahamam Bələdiyyə Başçısı Süleyman Acar 15 iyul 2016-cı il çevriliş cəhdi zamanı iki oğlunu və kürəkənini şəhid verən 99 yaşlı Muzaffər Gülşənin evində olublar.
Prezident Ərdoğan onu qarşılayan məhəllə sakinləri ilə salamlaşıb. Daha sonra Muzaffər Gülşənin evinə gedərək ailə üzvləri tərəfindən qarşılanıb. Gülşən Ərdoğanla bir müddət söhbət etdikdən dövlət başçısına topladığı pulu Fələstindəki uşaqlara bağışlamaq istədiyini bildirib. Prezident R.T.Ərdoğan da şəxsi katibi Həsən Doğana həmin məbləğin Fələstinli uşaqlara çatdırılması barədə göstəriş verib.
Şəhid Lütfi Gülşənin oğlu Metehan Gülşən evdə çıxış edərək bildirib ki, atası və iki qohumu Prezident İqamətgahına edilən hücum zamanı şəhid olublar. O, bu qüquru artıq 9 ildir yaşadıqlarını qeyd edib.
Metehan Gülşən deyib: "Allah məkanlarını cənnət eləsin. Allah sizi başımızdan əskik etməsin. Sizi gördüyümüzə çox sevindik."