Şəhərin müxtəlif yerlərində baş tutacaq altı gün davam edəcək tədbir qlobal müdafiə sənayesini bir araya gətirəcək.
Dünyanın ən böyük müdafiə tədbirlərindən biri olan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi gələn həftə İstanbulda başlayacaq.
İyulun 22-də başlayacaq altı günlük tədbir Türkiyə Cümhuriyyəti Prezidentliyinin himayəsində, Milli Müdafiə Nazirliyi, Müdafiə Sənayesi İdarəsi və Türkiyə Silahlı Qüvvələri Vəqfi ilə koordinasiya əsasında təşkil olunacaq.
17-ci sərgi eyni vaxtda İstanbul Sərgi Mərkəzində, Atatürk Hava Limanında, "Wow" hotelində və Ataköy yaxta limanında keçiriləcək.
Sərgidə zirehli döyüş maşınları, taktiki zirehli texnikalar, pilotsuz quru, hava və dəniz nəqliyyat aparatları, silah sistemləri, raketlər, uzun mənzilli tank əleyhinə raket sistemləri, piyada silahları, hərbi simulyatorlar, elektron döyüş aparatları, enerji paketləri və partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün avadanlıqlar nümayiş etdiriləcək.
Sərgiyə böyük iştirakın olacağı və çoxsaylı imza mərasimlərinin keçiriləcəyi gözlənilir.
Daha əvvəlki sərgi 2023-cü ilin iyulunda yenə İstanbulda keçirilib.