SİYASƏT
1 dəqiqə oxuma
Türkiyə Yunanıstanın dəniz planını pisləyir; Egey və Şərqi Aralıq dənizindəki hüquqlar qorunacaq
Xarici İşlər Nazirliyi qapalı və ya yarımqapalı dənizlərdə birtərəfli təşəbbüslərə yol verilməməli olduğunu vurğulayaraq beynəlxalq dəniz hüququnun sahilyanı dövlətlər arasında əməkdaşlığı təşviq etdiyini xatırladır
Türkiyə Yunanıstanın dəniz planını pisləyir; Egey və Şərqi Aralıq dənizindəki hüquqlar qorunacaq
"We condemn the attacks carried out on the Zamzam refugee camp near Al Fasher, Sudan, which resulted in the killing of humanitarian aid workers and many civilians," the Turkish Foreign Ministry said in an official statement. / TRT World and Agencies
17 aprel 2025 г.

“Yunanıstanın Avropa İttifaqı (Aİ) qanunvericiliyinə uyğun olaraq elan etdiyi Dəniz Məkanlarının Planlaşdırılması çərçivəsində Egey və Şərqi Aralıq dənizlərində göstərilən bəzi ərazilər Türkiyənin dəniz yurisdiksiyasını pozur”. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilib.

Məlumatda Yunanıstanın birtərəfli addımları və iddialarının Türkiyə baxımından heç bir hüquqi nəticə doğurmayacağı bir daha vurğulanıb.

Türkiyə XİN Egey və Aralıq dənizi kimi qapalı və ya yarımqapalı dənizlərdə birtərəfli addımlardan çəkinməyin zəruriliyini vurğulayıb. Eləcə də beynəlxalq dəniz hüququnun ətraf mühit məsələləri də daxil olmaqla, bu kimi dənizlərdə sahilyanı dövlətlər arasında əməkdaşlığı təşviq etdiyi və bu kontekstdə Türkiyənin Egey dənizində Yunanıstanla əməkdaşlığa hər zaman hazır olduğu xatırladılıb.

Açıqlamada bildirilib ki, Türkiyə Yunanıstanla hər iki tərəfin münasibətlərində saxlamaq istədikləri mövqeyi əks etdirən, 2023-cü il dekabrın 7-də imzalanmış Dostluq Münasibətləri və Yaxşı Qonşuluq haqqında Afina Bəyannaməsi çərçivəsində, eləcə də beynəlxalq hüquq, ədalət və mehriban qonşuluq əsasında məsələlərin həlli üçün səmimi və əhatəli yanaşmanın qəbul edilməsi mövqeyini qoruyur. Türkiyə tərəfindən hazırlanan Dəniz Məkanlarının Planlaşdırılması sənədi həm UNESCO-ya, həm də BMT-nin aidiyyəti qurumlarına təqdim olunub.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us