Rusiyanın dövlət xəbər agentliyi RİA Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya istinadən bildirib ki, Ukrayna münaqişəsi ətrafında davam edən gərginlik fonunda Rusiya və ABŞ növbəti ikitərəfli görüşü koordinasiya etmək prosesindədirlər.
Zaxarova RİA-ya bildirib ki, Kiyev və onun müttəfiqləri Ukraynadakı münaqişənin həllində razılığa gəlmə rədd ediblər. Ona görə də diplomatik irəliləyiş perspektivləri qeyri-müəyyən olaraq qalır.
Rusiya Kiyevə hava zərbələri endirib
Digər tərəfdən, Ukrayna Hərbi Hava Qüvvələri ümummilli hava hücumu xəbərdarlığı, raket və pilotsuz təyyarələrin zərbələri ilə bağlı xəbərdarlıq edib. Hərbi qüvvələr Rusiyanın hava hücumunun qarşısını almaq üçün Kiyevdə hava hücumundan müdafiə bölmələrinin yerləşdirildiyini açıqlayıb.
Kiyev Şəhər Hərbi İdarənin rəhbəri Timur Tkaçenko "Telegram" mesajlaşma proqramında "Kiyevdə hava hücumundan müdafiə sistemi aktivdir! Hava hücumu xəbərdarlığı ləğv olunana qədər sığınacaqlarda qalın!" ifadələrdən istifadə edib.
Rusiya Ukrayna ilə bağlı gələcək danışıqları ərazi qazanclarının tanınması ilə şərtləndirib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl bəyan etmişdi ki, Moskva Rusiya və Ukrayna arasında danışıqların davam edəcəyini gözləyir, lakin “yeni ərazi reallıqları” tanınmalı və yeni təhlükəsizlik təminat sistemləri yaradılmalıdır.
Rusiya Xarici İşlər Nazirliyinin internet saytında dərc olunan sənədə görə, Lavrov İndoneziyanın “Kompas” qəzetinə verdiyi müsahibədə “Sülhün davamlı olması üçün yeni sərhəd reallıqları beynəlxalq hüquq baxımından tanınmalı və tənzimlənməlidir” deyib.
Lavrov bəyan edib ki, Avrasiyada bərabər və bölünməz təhlükəsizliyin transkontinental arxitekturasının tərkib elementi kimi Rusiya və Ukrayna üçün yeni təhlükəsizlik zəmanətləri sistemi yaradılmalıdır.
Lavrov Moskvanın Ukraynanın NATO-ya daxil olmasına qarşı davam edən etirazına dolayısı ilə istinad edərək “Ukraynaya neytral, bloklara qoşulmamaq və nüvə silahından azad statusu təmin edilməlidir” deyib.
Ukrayna bildirib ki, Rusiya Kiyevin hansı ittifaqlara daxil olub-olmayacağına qərar verməyəcək, NATO isə Rusiyanın 1949-cu ildə Sovet İttifaqı təhlükəsinə qarşı mübarizə məqsədilə yaradılmış alyansa üzvlüyünə veto qoya bilməyəcəyini bəyan edib.
Avqustun ortalarında Alyaskada Putinlə görüş keçirən, daha sonra Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski və Avropa və NATO-nun əsas liderləri ilə müharibəni bitirmək səyləri çərçivəsində görüşən ABŞ prezidenti Donald Tramp sentyabrın 2-də Rusiya liderinin hərəkətlərindən “çox məyus olduğunu” bildirib.
Tramp Zelenski ilə Putinin sammitdən sonra görüşəcəyini gözləyirdi.
Zelenski Rusiyanın görüşün qarşısını almaq üçün əlindən gələni etdiyini, Rusiya isə belə bir görüşün gündəliyinin hələ hazır olmadığını bildirib.
Lavrov bununla belə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərlərinin birbaşa təmasda olduqlarını qeyd edib.