SİYASƏT
5 dəqiqə oxuma
Yardım maliyyəsinin kəsilməsi dünyadaki uşaqlar üçün mənəvi və strateji fəlakətdir
Xarici mali dəsdəyin dayandırılması bizi mümkünsüz seçimlərə məcbur edir, qlobal böhranları dərinləşdirir və milyonlarla müdafiəsiz uşağın həyatını riskə atır – bu həm mənəvi uğursuzluq, həm də strateji səhvdir.
Yardım maliyyəsinin kəsilməsi dünyadaki uşaqlar üçün mənəvi və strateji fəlakətdir
/ Reuters
21 mart 2025 г.

Bir humanitar köməkci kimi, işimin milyonlarla uşağın həyatında nəzərəçarpacaq dərəcədə dəyişikliyə səbəb olduğunu bilərək hərəkət edirəm. Bütün insanların həyatlarının eyni dərəcədə dəyərli olması prinsipi mənim və həmkarlarımın qətiyyətini gücləndirən əsas həvəs verici amildir. Qarşılaşdığımız bütün çətinliklər nə qədər böyük olursa olsun, bizi dik tutan budur.

Ancaq bu gün bizim təsəvvür belə edə bilməyəcəyimizdən daha böyük bir böhranla üz-üzəyik: kimin həyatını xilas edib etməmək arasında qərar vermək məcburiyyətindəyik. Bu, qəbul ediləcək bir vəziyyət deyil.

Son vaxtlarda xarici mali dəsdəyin dayandırılması humanitar təşkilatları mümkünsüz qərarlar verməyə məcbur edir. Dünyada hər 11 uşaqdan birinin humanitar köməyə ehtiyacı olduğu halda, biz bir böhranı, bir cəmiyyəti və sonda bir uşağın həyatını digərinin həyatına seçmək məcburiyyətində qalırırq.

Biz artıq həyat qurtaran proqramları dayandırmaq kimi ürək ağrıdan qərarlar verməyə vadarıq. Bu, ağır qidalanma çatışmazlığı olan uşaqların müalicəsi və ya müharibə zonalarında yeni doğulmuş körpələr üçün həyati tibbi dəstəyin dayandırılması deməkdir. Belə bir hal missiyamızın, ruhumuzun və dəyərlərimizin əsasını sarsıdan etik bir böhrandır.

Təhdid Altında Olan Prinsiplər

Save the Children təşkilatı yüksək cəsarət və qətiyyətə malik xanım Eqlantayn Cebb tərəfindən bir əsr əvvəl təsis edilmişdir. Təşkilat uşaqların hüquqlarını müdafiə etmək, onların həyatını qurtarmaq, ailələri qorumaq, əzyətlərini yüngülləşdirmək üçün yaradılıb.

Bu gün biz 115 ölkədə fəaliyyət göstəririk və hər il 105 milyondan çox uşağa birbaşa dəstək veririk. Xüsusən münaqişə zamanı ilk müdaxilə edənlərdən biri olduğumuz üçün hər bir uşağa kömək etmək bizlərin öhdəliyindədir.

Lakin bu prinsiplər görünməmiş təhlükə altındadır. Artan qlobal münaqişələr, iqlim dəyişikliyi və iqtisadi qeyri-sabitlik qarşısında dünyanın ən zəngin ölkələrindən bəziləri dəsdək büdcələrini azaldırlar. Birləşmiş Ştatlar, Böyük Britaniya, Almaniya, Avstraliya, İsveç, Danimarka, Fransa, Hollandiya və digər ənənəvi dəsdəkci ölkələr beynəlxalq həmrəylik öhdəliklərindən geri çəkilir və bu, qlobal dəsdəyin böyük miqyasda azalmasına səbəb olur.

Qlobal yoxsulluq, qeyri-sabitlik və səhiyyə böhranlarını həll etməmək təkcə qlobal etibarsızlığı artıraraq məcburi köçlərə, iqtisadi sarsıntılara və münaqişələrə səbəb olur. Bu kimi problemlər sərhəd tanımır və getdikcə bütün dünyaya yayılır. Dünyanın ən həssas insanlarına (uşaqlara) arxa çevirsək, qaçılmaz olaraq qapımıza gələcək böhrana qarşı gücsüz olarıq və belə bir vəzyətdə bunun cəzasını uşaqlar ödəmiş olar.

2024-cü ilə qədər müharibə, zorakılıq və təqiblər nəticəsində məcburi köçkün olan insanların sayı rekord həddə - 120 milyona çatacaq ki, bu da Yaponiya əhalisinə bərabərdir. Üstəlik, köçkünlər orta hesabla 10 ildən çox evlərindən kənarda yaşayırlar. Onlarla söhbət edəndə deyirlər ki, ən böyük arzuları geri qayıtmaqdır. Bu insanlara kömək etmək onların evlərinə tez zamanda qayıtmalarına mühümtəsir göstərər.

Biz Ukraynada Natalya və qızı Sofiya kimi ailələrə müharibədən zərər çəkmiş evlərini təmir etməyə kömək etdik. Efiopiyada isə Rukia timsalında oradaki qadınları kiçik biznesə başlayaraq həyatlarını bərpa etmələri üçün dəstəklədik. Görüldüyü üzərə yardım cəmiyyətləri yenidən qurma və iqtisadi dirçəliş üçün əlindən gələni edir.

Biz həmçinin heç bir həll yolu olmayan və məcburi köçkün kimi yaşamağa davam edən insanlara da dəstək oluruq. Məsələn, Suriyadakı Əl-Hol həbs düşərgəsində böyüyən iki balaca qız Aliyə və Zəhra. Onlar öz ölkələri tərəfindən qəbul edilməyən, üzlərində ümid işığı olan, gözlərində isə törətmədikləri bir cinayətin ağır cəza hissini daşıyan insanlardan biridir.

Qısa Müddətli Qərarlar

Yardım maliyyələsini azaltmaq üçün qəbul edilən qərarlar dünyanı sağlıqsız, təhlükəli və daha az firavan bir yer edir. Son 30 ildə münaqişə zonalarında yaşayan uşaqların nisbəti təxminən iki dəfə artıb, 2023-cü ilə qədər qlobal hərbi xərclər 2,4 trilyon dollara çatıb. Digər tərəfdən, münaqişələrin qarşısının alınması və humanitar yardıma edilən investisiyalar isə azalıb.

2025-ci il üçün qaçqınların yerləşdiyi 32 ölkədə 190 milyon insanın həyatını xilas etmək üçün tələb olunan qlobal humanitar miqdarı 44,7 milyard dollardır. Əgər bütün bu büdcə təmin oluna bilsə, adambaşına təxminən 235 dollar, ayda 20 dollar və ya gündə 65 sent edir. Bu, bir çox Qərb ölkələrində bir fincan qəhvənin qiymətindən daha azdır. 2024-cü il üçün olan tələbin təkcə 45 faizi maliyyələşdirilib. Humanitar yardımı “səmərəsiz” kimi təsvir etmək sadəcə aldadıcı deyil, həm də ictimai əhval-ruhiyyəni manipulyasiya etməkdir.

Qəzza, Haiti və Sudanda şahidi olduğu dəhşətlərə görə psixososial dəstəyə ehtiyacı olan hələ məktəb yaşına çatmamış xeyli sayıda uşaq var. Konqo Demokratik Respublikasında silahlı qruplar uşaqları qaçırır və məcburi şəkildə silahlandırır. Bizim bu kimi faktlara məhəl qoymamağımız mümkün deyil. İnkişafa və humanitar köməyə sərmayə qoymaq xeyriyyəçilik deyil. Bu, strateji zərurət və ən əsası vicdani öhdəlikdir. Dəsdəyin kəsilməsi təkcə böhranları daha da dərinləşdirməklə qalmayaraq, qeyri-sabitlik dövrünü genişləndirəcək və gələcəkdə daha ağır problemlərə səbəb olacaq.

Mümkün Olmayan Seçimlər

Vəsaitlərin azalması ilə yardım işçiləri çox çətin seçimlər etmək məcburiyyətində qalırlar: Quraqlıqdan əziyyət çəkən ərazilərdə uşaqları doyursunlar, yoxsa müharibədən əziyyət çəkən bölgələrdəki xəstələrə tibbi müdaxilə etsinlər? Yaxud daşqınlara müdaxilə edilsin, yoxsa iqlimdə davamlılığın artırılmasına sərmayə qoyulsun? Qəbul ediləcək hər bir qərar bəzi uşaqların qurtulmasına, digərlərinin isə köməksiz qalmasına səbəb olur.

Belə bir vəziyyət bütün humanitar sahədə işləyənrin çiynində çox böyük bir mənəvi yükdür. Xüsusilə belə bir gündə, hər zamankindən daha çox yardıma möhtac ikən. Biz Save the Children təşkilatı olaraq hər bir uşağın həyatının bərabər dəyərə malik olduğuna inanırıq. Amma reallıq ondan ibarətdir ki, maliyyə vəsaiti kəsiləndə insanların həyatını xilas etmək də imkansız olur.

Qlobal balanslar dəyişdikcə yeni güclər yaranır, ittifaqlar dəyişir və qeyri-müəyyənlik artır. Bu cür dəyişikliklər missiyamız üçün yeni risklər yaradır. Buradaki əsas məsələ, humanitar dəsdəyin davam etdirilməsi üçün maddi imkanın daimiliyidir. Bu həmrəyliyə və ortaq məsuliyyətə çağırışdır. Əks halda, biz yoxsulluğun azaldılması, səhiyyə və təhsil sahəsində onilliklər ərzində əldə edilmiş tərəqqinin uğursuz yekunlaşması ilə üz-üzə qalarıq.

Gəlinən nəticədə bir daha məlum olur ki, hökumətlər yardım səylərinin davam etdirilməsində mühüm rol oynayır. Heç bir halda bəzilərinin həyatını qurtarmağın başqalarının itkisini qəbul etmək olduğu bir gələcəyi normallaşdıra bilmərik. Çünki nəyə əsaslanaraq deyə bilərik ki, bir insan həyatı digərindən daha az dəyərlidir?

Save the Children təşkilatının qurucusu Eglantyne Jebb dediyi kimi: "Biz dünyanın təxəyyülünü oyatmalıyıq. Dünya səxavətsiz deyil, lakin təsəvvürsüz və xeyli məşğuldur."

İndi icmalar arasında etibarsızlıq, inamsızlıq və ayrı-seçkiliyin yerinə, şəfqət və beynəlxalq həmrəyliyin yenidən hökm sürdüyü bir dünya təsəvvür etməyin vaxtıdır. Elə bir dünyaki, hər bir uşağın həyatının həqiqətən əhəmiyyəti olsun.

Şəxsiyyətləri qorumaq üçün adlar şərtidir.

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us