TÜRKİYƏ
1 dəqiqə oxuma
Hakan Fidan 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib
Cənab Prezidentimizin rəhbərliyi və xalqımızın sarsılmaz iradəsi sayəsində FETÖ-nün 15 iyulda həyata keçirmək istədiyi xain çevriliş cəhdinin qarşısı alındı
Hakan Fidan 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib
/ Reuters
5 saat əvvəl

Türkiyənin xarici işlər naziri Hakan Fidan 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib.
Nazir paylaşımında bu ifadələrə yer verib:

"Xarici kəşfiyyat xidmətlərinin gündəmini izləyərək Türkiyəni diz çökdürmək istəyən xain şəbəkələrin nəzərə almadığı əsas məqam xalqımızın azadlıq və ədalətə sadiqliyi və dövlətimizin gücü idi.

Cənab Prezidentimizin rəhbərliyi və xalqımızın sarsılmaz iradəsi sayəsində FETÖ-nün 15 iyulda həyata keçirmək istədiyi xain çevriliş cəhdinin qarşısı alındı. Millətimiz həmin gecə əsl qəhrəmanlıq nümunəsi göstərərək heç bir təhlükə qarşısında boyun əyməyəcəyini bir daha sübut etdi.

FETÖ-nün xain planlarını ifşa edən dövlətimiz bu terror təşkilatını gizləndiyi bütün yerlərdə izləyir və cinayətkarların ədalət qarşısında cavab verməsi üçün qətiyyətlə hər cür tədbiri görür.

FETÖ ilə mübarizədə bir an belə tərəddüd etməyən qəhrəmanlarımıza, 15 iyulda və ondan əvvəl canını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, fədakar qazilərimizə minnətdarlığımızı bildirirəm. 15 İyul – Demokratiya və Milli Birlik Günü mübarək olsun!’’

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us