Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1995-ci ildə minlərlə bosniyalının həyatına son qoyan Srebrenitsa soyqırımının 30-cu ildönümü münasibətilə bəyanat yayıb.
R.T.Ərdoğan yaydığı bəyanatda bu ifadələrə yer verib:“Beynəlxalq məhkəmələrin qərarlarına baxmayaraq Srebrenitsa soyqırımını inkar edən və müharibə cinayətkarlarını tərifləyən hər hansı bəyanatı qətiyyətlə rədd edirik.”
O, həmçinin rəsmi Ankaranın Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşuna qeyd-şərtsiz dəstəyini bir daha vurğulayıb.
İsrailin Qəzzaya davam edən hücumlarına da toxunan Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyətin illər öncə Srebrenitsa ilə bağlı səssiz qaldığını, son illərdə isə Fələstində baş verən vəhşilikləri sadəcə izlədiyini bildirib.
Dövlət başçısı vurğulayıb ki, İsrail hökuməti törətdiyi soyqırıma görə “gec-tez” həm qanun, həm də tarix qarşısında cavab verəcək.