SİYASƏT
1 dəqiqə oxuma
Nigeryada gəmi qəzası baş verib: Ölən və yaralananlar var
Niger əyalətində 100-dən çox sərnişin daşıyan gəmi ağac kötüyünə çırpılaraq aşıb
Nigeryada gəmi qəzası baş verib: Ölən və yaralananlar var
Nigeriya / Reuters
6 saat əvvəl

Yerli rəsmilərin açıqlamasına görə, Nigeryanın mərkəzi şimal bölgəsində yerləşən Niger əyalətində sentyabrın 2-də səhər saatlarında sərnişin gəmisi qəzaya uğrayıb. Yerli İdarəetmə rəhbəri Abdullahi Baba Ara “Reuters” xəbər agentliyinə açıqlamasında bildirib ki, əksəriyyəti qadın və uşaqların olduğu qəzada ölənlərin sayı 60-a çatıb. On nəfərin vəziyyətinin ağır olduğunu deyən dövlət rəsmisi gəmidə olan bir çox sərnişinin itkin düşdüyünü qeyd edib.

Niger Əyaləti Fövqəladə Halların İdarəolunması Agentliyi (NSEMA) isə bildirib ki, dalğıclar və xilasedicilər axtarış işlərini davam etdirir. Agentlikdən verilən məlumata görə, qəzanın səbəbi gəminin həddindən artıq yüklənməsi və su altında qalmış ağac kötüyünə çırpılması olub.

Xatırladaq ki, Nigeryada xüsusilə yağışlı mövsümlərdə təhlükəsizlik qaydalarına riayət olunmaması, həddindən artıq yüklənmə və köhnə, baxımsız gəmilər səbəbindən tez-tez oxşar faciələr yaşanır. Son illərdə ölkənin daxili su yollarında yüzlərlə insan həyatını itirib. Rəsmilər bildiriblər ki, hadisə ilə bağlı təhlükəsizlik qaydalarına əməl olunub-olunmadığı araşdırılacaq.

MƏNBƏ:TRT
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us