ABŞ Müdafiə Nazirliyinin 2026-cı il büdcəsinin əsaslandırılmasında qeyd edilir ki, bu fond Suriyanın cənub-şərqində ABŞ-ın dəstəklədiyi SDQ və Azad Suriya Ordusuna təlim, avadanlıq, aylıq müavinətlər, həmçinin İraq və Livandakı “etibarlı tərəfdaş qüvvələrə” dəstək vermək üçün nəzərdə tutulub.
Fondun çərçivəsində yüngül silahlar, tibbi ləvazimatlar və obyektlərin təmiri üçün vəsait ayrıldığı bildirilir. Məlumatda DEAŞ-ın yenidən fəaliyyət göstərməsinin ABŞ-ın milli maraqlarına, İraq, Suriya və Livan xalqlarına, eləcə də beynəlxalq ictimaiyyətə ciddi təhlükə yaratdığı vurğulanır.
YPG Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın Suriya qolu hesab edilir.
Pentaqonun 2026-cı il büdcəsində Suriyaya ayrılan 130 milyon dolların ən böyük hissəsi PKK/YPG terror təşkilatına yönəldilib.
Sənəddə qeyd olunur ki, Suriyada DEAŞ qalıqlarına qarşı mübarizədə “təsirini genişləndirməsi” gözlənilən Azad Suriya Ordusuna 7,42 milyon dollar ayrılıb. Lakin maliyyənin böyük qismi Suriya Demokratik Qüvvələrinə (SDQ) yönəldilib.
Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın 40 ildən artıq davam edən hücumları nəticəsində 40 mindən çox insan həyatını itirib.
Türkiyə isə PKK/YPG-nin hər hansı ad altında silahlandırılmasını birbaşa terrora dəstək kimi qiymətləndirir.