DÜNYA
1 dəqiqə oxuma
ABŞ senatoru xaricdə öldürülən Amerika vətəndaşlarının ölüm hallarının araşdırılmasını tələb edib
M.Kanvel bu barədə rəsmi internet səhifəsində paylaşım edib
ABŞ senatoru xaricdə öldürülən Amerika vətəndaşlarının ölüm hallarının araşdırılmasını tələb edib
/ AA
21 saat əvvəl

ABŞ senatoru Maria Kanvel Amerika vətəndaşlarının xarici hərbçilər tərəfindən öldürülməsi hallarını araşdırmaq üçün daimi xüsusi nümayəndə təyin olunmasını nəzərdə tutan qanun layihəsi təqdim edəcəyini açıqlayıb.

M.Kanvel bu barədə rəsmi internet səhifəsində paylaşım edib. Onun təklif etdiyi qanun layihəsinə əsasən, xüsusi nümayəndə 2024-cü ildən etibarən xarici hərbçilər və ya kəşfiyyat orqanları tərəfindən öldürülən Amerika vətəndaşlarının ölüm hallarını araşdıracaq.

“Bu qanun layihəsi xüsusi nümayəndədən öldürülən Amerika vətəndaşlarının ailələrinə dəstək və məlumat verməyi, eyni zamanda xarici hökumətlərdən cavabdehlik tələb etməyi, həmçinin ABŞ hökumətinin bu hallarla bağlı fəaliyyətləri barədə Konqresə illik hesabat təqdim edilməsini tələb edəcək,” – deyə senator M.Kanvel bildirib.

Qeyd edək ki, 26 yaşlı türk əsilli Amerika vətəndaşı Ayşenur Ezgi Eygi 20214-cü ilin 6 sentyabr tarixində Nablus yaxınlığında qeyri-qanuni məskunlaşmalara qarşı keçirilən etiraz aksiyası zamanı İsrail qüvvələri tərəfindən öldürülüb.

Hadisə zamanı çəkilmiş görüntülər və şahid ifadələri Eyginin İsrail qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirdiyini göstərir.

Buna baxmayaraq İsrail ordusu ilkin araşdırmalarına əsaslanaraq Eyginin etirazçılar tərəfindən daş atıldığı iddia edilən bir anda hərbçilərin cavab atəşi zamanı bilmədən vurulması ehtimalının yüksək olduğunu bildirib.

Senator Kanvel qeyd edib ki, ABŞ Dövlət Departamenti və Ədliyyə Departamenti bu hadisə ilə bağlı müstəqil araşdırma aparmaqdan imtina edib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us