DÜNYA
1 dəqiqə oxuma
Rusiya Kiyevə ağır zərbələr endirib, ölən və yaralananlar var
Bu barədə ‘‘Associated Press’’in müxbirləri məlumat yayıblar
Rusiya Kiyevə ağır zərbələr endirib, ölən və yaralananlar var
/ AP
bir gün əvvəl

Sentyabrın 7-də Rusiyanın Kiyevə hücumu nəticəsində azı iki nəfər həlak olub, bir neçə hökumət binası ciddi ziyan görüb.

Bu barədə ‘‘Associated Press’’in müxbirləri məlumat yayıblar. Ukraynanın Baş naziri Yuliya Sviridenko qeyd edib ki, bu, müharibə dövründə Rusiyanın Ukraynanın əsas hökumət binasına ilk hücumudur.

"Yanğınsöndürənlər hazırda yanğını söndürmək üçün çalışırlar", – deyə Y.Sviridenko bildirib.

Rusiya indiyə qədər şəhərin mərkəzində yerləşən hökumət binalarını hədəf almaqdan çəkinirdi. Hədəf alınan binada Nazirlər Kabineti yerləşir.

Əraziyə yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub. Rəsmi məlumatlara görə, hücum nəticəsində iki nəfər həlak olub, 15 nəfər yaralanıb.

Kiyev Şəhər Administrasiyasının rəhbəri Timur Tkaçenko ölənlər arasında bir körpənin də olduğunu bildirib. ‘‘Onun cəsədi dağıntılar altından xilasedicilər tərəfindən çıxarılıb’’,-deyə T.Tkaçenko qeyd edib.

Kiyev meri Vitali Kliçko açıqlamasında qeyd edib ki, Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının hissələri Svyatoşinski rayonunda doqquzmərtəbəli, Darnitski rayonunda isə dördmərtəbəli yaşayış binalarına düşüb.

Bu hücum Rusiyanın son iki həftə ərzində Kiyevə təşkil etdiyi ikinci böyük hücumdur.

Ukrayna isə Rusiyanın Bryansk vilayətində yerləşən "Drujba" neft kəmərinə pilotsuz uçuş aparatları ilə hücum edib. Ukrayna pilotsuz uçuş aparatlarının komandiri Robert Brovdi bildirib ki, hücum nəticəsində ərazidə böyük yanğın baş verib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us