ABŞ-ın Kentukki ştatında baş verən silahlı hücum nəticəsində iki nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.
Kentukki ştatının qubernatoru Endi Beşer bu barədə rəsmi "X" hesabında paylaşım edib. Bildirilib ki, insident iyulun 13-də yerli vaxtla saat 11:36-da baş verib.
Məlumata görə, şübhəli şəxs əvvəlcə "Blue Grass" hava limanı yaxınlığında ştat polis əməkdaşlarına atəş açıb. Daha sonra o, yaxınlıqdakı kilsəyə keçərək 4 nəfəri güllələyib. Hadisə nəticəsində 72 və 32 yaşlı iki qadın hadisə yerində həyatını itirib. Yaralanan iki nəfərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
Silahlı şəxs hadisə yerində zərərsizləşdirilib.
Kentukki ştatının senatoru Rand Pol baş verən hadisəyə görə dərin kədərini ifadə edib:
"Kentukki kimi bir yerdə belə zorakılıqlara yer yoxdur", – deyə senator vurğulayıb.