Braziliyalı hakimin sabiq prezident Jair Bolsonaronun bəraətinə səs verməsi 2022-ci ildəki çevriliş cəhdi ittihamı ilə bağlı davam edən məhkəmə prosesində fikir ayrılığına səbəb olub. Məhkəmənin bu addımı, iki hakimin bir gün əvvəl sabiq prezidentin məhkum olunması lehinə səs verməsindən sonra baş verib.
Hazırda səs nisbəti belədir: Aleksandre de Moraes və Flavio Dino – məhkumiyyət yönündə, Luiz Fuks isə bəraət yönündə səs verib. Məhkəmə prosedurunun yekunlaşması üçün daha iki hakimin səs verməsi gözlənilir.
Xatırladaq ki, J.Bolsonaro 2022-ci il seçkilərində Luiz İnasio Lula da Silva qarşısında məğlubiyyətdən sonra seçilmiş hökumətə qarşı çevriliş cəhdində ittiham olunur. Lakin sabiq prezident ona qarşı qaldırılmış bütün təqsirləndirmələri inkar edir.