7 saat əvvəl
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib.
Rəsmi internet səhifəsində paylaşım edən Əminə Ərdoğan deyib:
“15 iyul xalqımızın qətiyyəti ilə yazılmış şərəfli bir müqavimətin, ölməz zəfərin adıdır. Bu zəfərin adı şübhəsiz ki, Türkiyədir. Həmin gecə xalqımız tanklara qarşı müqavimət göstərdi, güllələrə sinə gərdi, bölünməz bir birlik olaraq qaranlığın üzərində qələbə çaldı.
Müstəqilliyi canları bahasına müdafiə edənlərin nümayiş etdirdiyi duruş, Vətənimizin torpağına həkk olunmuş inam və iradənin təcəssümüdür. Bu böyük birlik və həmrəyliyin əbədi olmasını arzulayır, əziz şəhidlərimizi rəhmətlə, qazilərimizi isə hörmətlə yad edirəm.”