DÜNYA
2 dəqiqə oxuma
Dmitri Peskov:''Xarici qoşunlar Ukraynanın təhlükəsizliyinə zəmanət verə bilməz''
Dmitri Peskov bu fikirləri RİA xəbər agentliyinə müsahibəsində səsləndirib
Dmitri Peskov:''Xarici qoşunlar Ukraynanın təhlükəsizliyinə zəmanət verə bilməz''
/ Reuters
5 sentyabr 2025 г.

Kreml sntyabrın 5-də bəyan edib ki, xarici qoşunların Ukraynanın təhlükəsizliyinə zəmanət verməsi mümkün deyil.

Kremlin sözçüsü Dmitri Peskov Vladivostokda keçirilən Şərq İqtisadi Forumu zamanı dövlət xəbər agentliyi RİA-ya müsahibəsində deyib:
“Ukraynanın təhlükəsizliyinə xarici, xüsusilə Avropa və Amerika qoşunları tərəfindən təminat verilə bilərmi? Qətiyyən yox. Bu, Ukrayna üçün və bizim üçün qəbul edilən təhlükəsizlik zəmanəti ola bilməz.”

Müharibəyə son qoymaq üçün təhlükəsizlik tədbirləri

ABŞ prezidenti Donald Trampın müharibəni sona çatdırmaq cəhdlərinə baxmayaraq 2022-ci ilin fevralından davam edən müharibənin yaxın zamanda sona çatacağına dair çox az əlamət var. D.Peskov bildirib ki, 2022-ci ildə İstanbulda keçirilən sülh danışıqları çərçivəsində Ukrayna üçün bütün lazımi təhlükəsizlik təminatları artıq hazırlanıb.

Bu təklifdə Ukraynanın NATO-ya üzvlük ambisiyalarından imtina etməsi, ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın təhlükəsizlik zəmanətləri qarşılığında Ukraynanın neytral və nüvəsiz status alması nəzərdə tutulur.

Peskov həmçinin bildirib ki, Moskva Kiyev ilə danışıqlarda mövcud təmsilçilik səviyyəsindən razıdır.

Şimali Koreya döyüşçüləri

Dmitri Peskov Şimali Koreyanın münaqişədə iştirakı barədə yayılan fərziyyələrə də münasibət bildirərək Şimali Koreya əsgərlərinin Ukrayna ərazisində olmadığını, yalnız Rusiya daxilində yerləşdirildiyini açıqlayıb.

Rusiya prezidenti Vladimir Putin isə çərşənbə günü Şimali Koreya əsgərlərinin Ukrayna qüvvələrinə qarşı göstərdiyi cəsarətli döyüşə görə Kim Çen Ina təşəkkür edib.

Putin Çində keçirilən görüşdə Kimə müraciət edərək deyib:
“Məlum olduğu kimi, sizin təşəbbüsünüzlə xüsusi təyinatlılarınız Kursk bölgəsinin azad edilməsində iştirak edib.”

Xatırladaq ki, Şimali Koreya qoşunları bu ilin əvvəlində Rusiyanın qərbindəki Kursk bölgəsində Ukrayna qüvvələrinin çıxarılmasına yardım göstərib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us