SİYASƏT
1 dəqiqə oxuma
Donald Tramp Ukraynaya "Patriot" sistemlərinin göndərilməsinə razılıq verib
Donlad Tramp bu barədə iyulun 13-də Merilend ştatındakı Endryus Hərbi Hava Bazasında jurnalistlərə verdiyi açıqlamada bildirib
Donald Tramp Ukraynaya "Patriot" sistemlərinin göndərilməsinə razılıq verib
/ Reuters
9 saat əvvəl

ABŞ prezidenti Donald Tramp Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin göndəriləcəyini açıqlayıb.

Donlad Tramp bu barədə iyulun 13-də Merilend ştatındakı Endryus Hərbi Hava Bazasında jurnalistlərə verdiyi açıqlamada bildirib.

Rusiya prezidenti Vladimir Putinin mövqeyini tənqid edən Donald Tramp deyib: “Putin çoxlarını təəccübləndirib. Yaxşı danışır, amma axşam hamını bombalayır. Amma bir problem var: bunu bəyənmirəm.”

ABŞ prezidenti həmçinin NATO-nun baş katibi Mark Rutte ilə görüşəcəyini deyib. Yeri gəlmişkən qeyd edək ki, Mark Rutte iyulun 14-də Vaşinqtona səfər edəcək və burada dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, eləcə də Konqres üzvləri ilə bir sıra görüşlər keçirəcək.

İyulun 14-də Rusiyaya qarşı sanksiyaların elan olunub-olunmayacağı ilə bağlı sualı cavablandıran Donald Tramp deyib. “Sabah nə olacağını görəcəyik.”

Qeyd edək ki, senatorlar Lindsi Qraham və Riçard Blumental aprelin 1-də Rusiyadan neft, qaz, uran və digər məhsullar idxal edən ölkələrə qarşı 500 faiz gömrük rüsumu tətbiq olunmasını nəzərdə tutan 2025-ci il tarixli Rusiya Sanksiya Aktını təqdim ediblər.

Xatırladaq ki, Donald Tramp ötən cümə axşamı Rusiya ilə bağlı bazar ertəsi “böyük açıqlama” verəcəyini desə də, hələlik bu barədə ətraflı məlumat paylaşmayıb.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us