SİYASƏT
2 dəqiqə oxuma
Çin, Rusiya və Monqolustan sərhəd təhlükəsizliyi üzrə əlaqələri hərbi təlimlə gücləndirir
“Sərhəd Müdafiə Əməkdaşlığı – 2025” adlı təlim Pekində keçirilən üçtərəfli görüşdən dərhal sonra baş tutub
Çin, Rusiya və Monqolustan sərhəd təhlükəsizliyi üzrə əlaqələri hərbi təlimlə gücləndirir
ŞƏT / AP
9 sentyabr 2025 г.

Çin, Rusiya və Monqolustan ilk dəfə birgə sərhəd müdafiə təlimləri keçirib. Təlimlərin məqsədinin strateji əməkdaşlığı artırmaq, sərhəd təhlükəsizliyi bacarıqlarını gücləndirmək və üç tərəf arasında qarşılıqlı etimadı möhkəmləndirmək olduğu bildirilib. Çin ordusunun açıqlamasında vurğulanıb ki, bu addım qonşu ölkələr arasında təhlükəsizlik koordinasiyasını daha da inkişaf etdirir.

Çin Xalq Azadlıq Ordusu rəsmi “Weibo” hesabında yayımladığı açıqlamada “Sərhəd Müdafiə Əməkdaşlığı – 2025” adlanan təlimlərin sentyabrın 8-i və 9-da üç ölkənin ortaq sərhəd bölgəsində keçirildiyini bildirib. Qeyd edilir ki, təlimlərin əsas məqsədi “üç tərəf arasında strateji əməkdaşlığı genişləndirmək, sərhəd təhlükələri ilə mübarizə qabiliyyətini artırmaq və qarşılıqlı etimadı daha da gücləndirməkdir”.

Paylaşımda həmçinin vuğulanıb ki, təlimlər zamanı Çin ərazisində birgə komanda mərkəzi qurulub və mərkəz kimin torpağıdırsa, o tərəf rəhbərliyi üzərinə götürür. Hərbi təlim çox tərəfli məsləhətləşmə və paralel komanda prinsipi ilə fəaliyyət göstərib.

Qeyd edək ki, bu təlimlər sentyabrın 2-də Pekində Çin, Rusiya və Monqolustan liderlərinin üçtərəfli görüşündən dərhal sonra keçirilib. Həmin görüş isə Çin dövlət başçısı Si Cinpinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə ev sahibliyi edərək Qərb bloku xaricindəki 20-dən çox lideri qəbul etdiyi toplantıdan bir gün sonraya təsadüf edib. Si həmin sammitdə yeni qlobal təhlükəsizlik və iqtisadi nizam çağırışı ilə çıxış etmişdi.

Monqolustan isə 2004-cü ildən etibarən ŞƏT-də müşahidəçi dövlət statusunu saxlayır. Hindistan, Pakistan və İran kimi ölkələr təşkilata tamhüquqlu üzv olduqları halda, Monqolustan bu addımı atmaqdan çəkinib. Lakin rəsmi Pekin 10 ölkədən ibarət qrupda Monqolustanın da tam üzv kimi yer alması üçün təzyiqlərini davam etdirir.

MƏNBƏ:TRT
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us