DÜNYA
1 dəqiqə oxuma
İki şəxs Çarli Kirkin öldürülməsi ilə bağlı haqsız yerə ittiham olunub
Həmin şəxslər dezinformasiyanın yayılması səbəbindən təhlükəsizliklərinin təhdid altında olduğunu bildiriblər
İki şəxs Çarli Kirkin öldürülməsi ilə bağlı haqsız yerə ittiham olunub
/ Reuters
13 saat əvvəl

Sosial mediada ABŞ-ın sağçı fəalı Çarli Kirkin öldürülməsi ilə bağlı iki şəxs haqsız yerə cinayəti törətməkdə ittiham olunub. Həmin şəxslər dezinformasiyanın yayılması səbəbindən təhlükəsizliklərinin təhdid altında olduğunu bildiriblər. Hücum edənin axtarışları isə davam edir.

Vaşinqtonda yaşayan 29 yaşlı Mixaela sosial mediada öz şəklini gördükdə çox qorxduğunu bildirib. AFP agentliyinə müsahibə verən Maxaela deyib: "Mən sosial mediada ciddi tənqidlərə məruz qalıram’’.

Mixaela hadisə zamanı Vaşinqtondakı evində olduğunu bildirib və bu ifadəsini bank əməliyyatları, telefon məlumatları və iş yoldaşının ifadələri ilə təsdiqləyib. Gənc qadın sentyabrın 11-də axtarışda olan şəxslərin görüntülərini və qətldə istifadə olunduğu güman edilən silahın ələ keçirildiyini bildirən FTB ilə əlaqə saxlayıb.

Kanadada yaşayan 77 yaşlı Maykl Mallinson isə öz fotolarının polis tərəfindən qısa müddət saxlanılan bir şəxsin şəkilləri ilə üst-üstə düşdüyünü görərək haqsız yerə ittiham olunduğunu bildirib. O, deyib: "Mənim bununla heç bir əlaqəm yoxdur. Dəhşətə və şoka düşmüşəm."

Mallinson sosial media hesablarını silərək polis ilə əlaqə saxladığını bildirib.
"Bu, mənim şəklimdir, bu ad da mənimdir, amma bu mən deyiləm. Uzunmüddətli nəticələrindən narahatam, çünki sosial mediada yayılan məlumatlar qalıcı olur’’,-deyə Millinson qeyd edib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us