DÜNYA
1 dəqiqə oxuma
UNIFIL: ''İsrail BMT sülhməramlılarının olduğu ərazinin yaxınlığına qumbara atıb''
UNIFIL-in bəyanatında bildirilir ki, bu, keçən ilin noyabrında əldə olunan atəşkəs razılaşmasından sonra sülhməramlılara qarşı ən ciddi hücumlardan biridir.
UNIFIL: ''İsrail BMT sülhməramlılarının olduğu ərazinin yaxınlığına qumbara atıb''
/ Reuters
3 sentyabr 2025 г.

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) çərşənbə axşamı səhər saatlarında İsrailə məxsus pilotsuz uçuş aparatların BMT postuna yaxın əraziyə dörd ədəd qumbara atdığını açıqlayıb.

UNIFIL-in bəyanatında bildirilir ki, bu, keçən ilin noyabrında əldə olunan atəşkəs razılaşmasından sonra sülhməramlılara qarşı ən ciddi hücumlardan biridir. Qumbaralardan biri BMT personalına və onların avtomobillərinə 20 metr, digərləri isə təxminən 100 metr məsafəyə düşüb. Pilotsuz uçuş aparatlarının Mavi Xəttdən cənuba doğru hərəkət etdiyi müşahidə olunub.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us