DÜNYA
2 dəqiqə oxuma
Messina boğazında İtaliyanın ən böyük asma körpü planı hüquqi və ekoloji əngəllərlə üz-üzədir
Körpü layihəsi sismik risk, təbiətə mənfi təsir və yerli əhalinin narazılığı fonunda çətin sınaqla qarşı-qarşıyadır
Messina boğazında İtaliyanın ən böyük asma körpü planı hüquqi və ekoloji əngəllərlə üz-üzədir
Messina boğazı / Reuters
14 saat əvvəl

İtaliya hökuməti Siciliya ilə materik arasındakı Messina boğazında dünyanın ən uzun tək aşırımlı körpüsünün inşasını təsdiqləsə də, layihə ciddi hüquqi və ekoloji müqavimətlə qarşılaşır.

Baş naziri Ciorcia Meloni höküməti 50 ildən artıqdır müzakirə olunan layihəyə yekun təsdiq verərək 13,5 milyard avro (15,8 milyard ABŞ dolları) ayırıb. Plan çərçivəsində 3,7 kilometrlik körpü həmçinin əlaqə yolları və dəmir yolları inşa ediləcək. Bunun üçün Siciliya və Kalabriya bölgələrində 440-dan çox mülkün dövlət tərəfindən qanuni şəkildə satın alınması planlaşdırılır.  

İtaliyanın infrastruktur naziri Matteo Salvini ilkin hazırlıq işlərinin sentyabr–oktyabr aylarında başlamasının planlaşdırıldığını, mülk sahiblərinə yüksək məbləğdə təzminat veriləcəyini bildirib. Körpünün 2032-ci ildə tamamlanması nəzərdə tutulur.

 

Hüquqi və ekoloji mübarizə

Layihəni icra edəcək “Messina Boğazı Şirkəti”nin baş icraçı direktoru Pietro Çiuççi hüquqi etirazların prosesi ləngitdiyini açıqlayıb. Belə ki, ekoloji təşkilatlar Avropa İttifaqına şikayət edərək bölgədəki təbii mühitin təhlükə altında qalacağını bildirib.

“Körpüyə yox” komitələri layihənin sismik risk daşıdığını, uzunmüddətli işlər və səs-küyün yaşayış mühitini yararsız hala gətirəcəyini vurğulayır. Şirkət isə körpünün güclü zəlzələlərə davamlı olacağını, aktiv fay xətləri üzərində tikilməyəcəyini və ekosistemin qorunması üçün tədbirlər görüləcəyini bildirir.

 

İqtisadi və təhlükəsizlik arqumentləri

Layihə “Webuild” şirkətinin rəhbərlik etdiyi “Eurolink” konsorsiumu tərəfindən icra ediləcək. Dəstəkçilər körpünün region iqtisadiyyatına təkan verəcəyini, yeni iş yerləri yaradacağını düşünür. Yerli sakinlərdən bəziləri isə dəyişikliklərin Siciliyanın xarakterini poza biləcəyindən ehtiyatlanır.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us